2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Tənhalığa dözə bilməyən BÜRCLƏR – Kimlər yalnızlıqdan qorxur?

İnsanların tənhalığa münasibəti çox fərqlidir – bəziləri buna dözə bilmir, digərləri isə əksinə, yalnız bu vəziyyətdə özlərini yaxşı hiss edirlər. Və bu, əsasən insanın bürcündən asılıdır. 

24saat bizim.media-ya istinadən tənha vaxt keçirə bilməyən bürcləri təqdim edir. 

Saytların yığılması Saytlarin yigilmasi

Tərəzilər 

İnsanlar olmadan tərəzilər yaşaya bilməz. Ümumiyyətlə, onlar axşamları tək keçirməmək üçün tamamilə əlaqələrinin olmadığı partilərə qatıla bilərlər. Onlar yeni daxil olduqları çevrələrdə asanlıqla özlərinə yeni dostlar tapa bilirlər. Bu zaman onların köhnə dostlarını da asanlıqla yaddan çıxarmaları mümkündür. 

Xərçəng 

Xərçənglər təkliyə nifrət edirlər. Ancaq onlara ətrafdakı izdiham və ya böyük tədbirlər yox, tamamilə etibar etdikləri bir neçə yaxın insan lazımdır. Ancaq belə bir vəziyyətdə onlar özlərini rahat hiss edə bilirlər.  

Şir 

Şirlər sadəcə olaraq təkliyi sevmir – o, ətraf mühitə və pərəstişkarlarının varlığına çox bağlıdır. Onlarsız həyat şirlər üçün çox darıxdırıcıdır. Şirlər təkliyə nə qədər dözümlü görünsələr belə, tənha qaldıqda ciddi şəkildə problemlər yaşayır və dərhal sosiallaşmaq ehtiyacı hiss edirlər. 

Buğa 

Buğanın şəxsi rahatlıqlarına çox önəm versələr də onların çox geniş sosial çevrəsi var. Buğaların hər zaman onlara yaxın olan yaxşı dostlara və sevən birinə ehtiyacı var. Beləliklə, buğalar rahat evlərində bir az vaxt keçirə bilərlər, lakin sonra sosial əlaqələr axtarmaq onlar üçün mütləq zərurətdir. 

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button