Loading...
Loading...
Cəmiyyət

“Tərtər işi” üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib

Tərtər işi” ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilib. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir.

24 saat” ““Tərtər işi” üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  "Tərtər işi" ilə bağlı məlumat yayıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button