2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tərtər işi”nə görə daha 163 nəfər zərərçəkmiş kimi tanınıb

Prokurorluq zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərə də müraciət edib

Ötən ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən sonra 2017-ci ildə bu hadisələrdə işgəncə və başqa qanunsuz hallara məruz qalmış daha 163 nəfər müəyyənləşdirilərək zərərçəkmiş qismində tanınıb. 

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş qismində tanınanlarla birlikdə indiyədək ümumilikdə 281 nəfər zərərçəkən müəyyənləşdirilib. Bununla belə, zərərçəkmişlərin müəyyən edilərək dindirilməsi prosesi davam edir.

Prokurorluq 2017-ci ilin may-iyun aylarında “Tərtər işi” üzrə istintaq prosesinə cəlb olunub, isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərə də müraciət edib. 

Onların Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, həmçinin 012-361-16-47 nömrəli telefonla əlaqə saxlayıb, dindirmədən ötrü istintaqa gəlməsi istənilib.

Bundan başqa, “Tərtər işi” üzrə dövlətə xəyanət ittihamıyla məsuliyyətə cəlb edilən, lakin sonradan hərbi xidmət əleyhinə ittihamlarla cəzalandırılan şəxslərlə bağlı da yeni qərarlar verilib. 

Həmin şəxslərlə bağlı cinayət işləri araşdırılarkən bir sıra prosessual pozuntulara yol verildiyi üzə çıxıb. Ona görə də 16 nəfər haqqında yekun məhkəmə aktlarının ləğv olunub, işlərin əlavə istintaq aparılması üçün prokurora qaytarılması məqsədilə Baş Prokurorun müavini məhkəmələrə apelyasiya protestləri verib.

Təzələnən istintaq çərçivəsində Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunan bir sıra şəxslər də həbs olunub. Onların arasında Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev, Fuad Axundov var. 

Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button