2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tərtər işi”nə görə öldürülən Elçin Quliyevin təqsirsizliyi sübut olundu

Yeni qərar iki gün əvvəl mərhumun anasına təqdim olunub

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri də Elçin Mətləb oğlu Quliyev idi. 

Ermənilərə casusluq – dövlətə xəyanət ittihamıyla onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqında sözügedən qərarı ləğv edib. 

Baş prokuror 31 yanvar 2022-ci ildə Şəfahət İmranovun həmin qərarının ləğvi haqqında yeni qərar imzalayıb. 

Yeni qərar fevralın 7-də mərhum Elçin Quliyevin anası Validə Əhmədovaya təqdim olunub. 

Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib.

“Müddətdən artıq xidmət edən hərbi qulluqçu, kiçik çavuş Elçin Quliyev 2017-ci ilin mayında törədilmiş cinayət nəticəsində yaşamaq hüququndan məhrum edilib. Elçin barəsində heç bir ilkin dəlil-sübut olmadan dövlətə xəyanət ittihamı üzrə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin xitam qərarının ləğvi barədə Baş prokurorun qərarını Elçinin haqlı olaraq bəraət alması üçün irəliyə doğru atılmış ilk addım kimi qiymətləndiririk. Ümidvarıq ki, veriləcək bəraət qərarları təkcə Elçinlə bağlı olmayacaq. Təqsiri sübuta yetirilmədən cinayət təqibinə məruz qalmış digər şəxslər barəsində də veriləcək”, – hüquq müdafiəçisi bildirib.

Elçin Quliyev, Foto: Hüquq müdafiəçisi Rəsul Cəfərovun “Facebook” səhifəsindən götürülüb

Validə Əhmədova Meydan TV-yə bildirib ki, Baş prokurorun qərarını ona fevralın 7-də Baş Prokurorluğun İstintaq İdarəsində Qasım Məmmədov təqdim edib. 

O, “Tərtər işi” üzrə yeni istintaq qrupuna rəhbərlik edir.

Validə Əhmədova deyir ki, onun tələbi Tərtər hadisələri zamanı işgəncə əmrini verən və bunu icra edən şəxslərin hamısının istisnasız olaraq sərt şəkildə cəzalandırılması, heç bir cinayət törətmədiyi halda, uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərin azadlığa buraxılması, eləcə də 2017-ci ildən bu yana əziyyət çəkən ailələrə dəymiş ziyanın ödənilməsidir: “Nə qədər insanlar xəstəliyə tutuldu stresdən, işdən çıxarılanlar, həyatını itirənlər oldu. Bunun cavabını kim verəcək? Tərtər faciəsi o qədər böyük miqyaslı bir faciədir ki…”

Validə Əhmədova əlavə edib ki, oğlunun ölümü ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button