2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Tərtər işi”ndə zərərçəkmiş: “Məni armaturla döyürdülər”

20 ilə yaxın Azərbaycan ordusunda xidmət etmiş 42 yaşlı Turab Kərimov Baş Prokurorluğun “Tərtər işi” ilə bağlı yeni tanıdığı 163 zərərçəkmişdən biridir.

Bu işdə zərərçəkmiş kimi tanınması Turab Kərimovu ümidləndirib ki, o, illərdir davam edən psixoloji təzyiqlərdən xilas olacaq.

“İllərdir, mən öz rayonumda vətən xaini damğası ilə yaşayıram. Çölə-bayıra çıxmağa çox risk etmirəm. Biri ilə sözüm çəpləşən kimi, o dəqiqə üzümə çırpır ki, “sən vətən xainisən də”. Bugünki gün də mənə şübhə ilə yanaşırlar”, o deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokurorluq bu həftə yaydığı açıqlamada bildirib ki, 2017-ci ildə icraatı təzələnmiş cinayət işləri üzrə ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına görə dörd adam həbs edilib.

“Tərtər işi”ndə 281 zərərçəkmiş var

Təxminən 5 il əvvəl saxlanmış bir qrup hərbçi ölkəyə xəyanət etməkdə, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub.

Sonradan bu hərbçilərə işgəncə verilməsi, hətta bəzi hərbçilərin işgəncələr nəticəsində ölməsi ilə bağlı iddialar səslənməyə başladı. Bir neçə il əvvəl 100-dən çox hərbçi zərərçəkmiş kimi tanındı, bəzi hərbçilərin isə işgəncələr nəticəsində öldüyü rəsmi olaraq təsdiqləndi, bəraət alanlar da oldu.

Baş Prokurorluğun 9 fevral açıqlamasında göstərilir ki, hazırda “Tərtər işi” ilə bağlı ümumilikdə 281 zərərçəkmiş şəxs var.

Həmin gün Rəvanəni qəzəbləndirən o oldu ki, məscidə gələn hərbçilər müsəlman adətinə görə cəsədin yuyulmasına icazə vermədilər. Cəsədin özü isə artıq kəfənə bükülmüş və bayraqla örtülmüşdü.
“İstəyərdim ki, məni orduya bərpa eləsinlər”

Turab Kərimov BBC News Azərbaycancaya müsahibəsində deyib ki, 2017-ci ildə baş vermiş işgəncə faktları yalnız onun özünə deyil, ailəsinə də ciddi zərbə maddi və mənəvi zərbə vurub.

Orduda rütbəsi gizir olmuş Turab Kərimov deyir, hərbi xidmətini başa vurub təqaüdünə 6 ay qalmış o, belə bir ittihamla üzləşdi. “19 il 6 ay hərbidə xidmət etmişəm. 20 illik hərbi xidməti tam başa vurmuş sayılmıram, ona görə də təqaüddən də məhrumam”.

Keçmiş hərbçi deyir ki, gəncliyindən bəri ordudadır: “İllərdir ailəmi hərbçi maaşımla dolandırmışam. Əlavə bacarığım, peşəm yoxdur. Ona görə də zərərçəkmiş kimi tanınmaqla yanaşı, istəyərdim məni yenidən orduya bərpa etsinlər” Turab Kərimov deyib.

Zərərçəkmiş istəyir ki, ona təzminat verilməsə də, heç olmazsa, işə bərpa etsinlər, “halal pulunu” qazansın.

16 cinayət işi üzrə apellyasiya protesti verilib

Baş Prokurorluq 9 fevral açıqlamasında bildirib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edilib.

Prokurorluq konkret hansı prosessual pozuntulardan söhbət getdiyini açıqlamayıb, amma 16 cinayət işi üzrə məhkəmələrə apellyasiya protestləri verdiyini deyib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzun müddətli həbs cəzası alıb və ən azı doqquz nəfər işgəncədən ölüb.

“Orda məni rezinlə, armaturla döyürdülər”

163 nəfərlik zərərçəkmiş hərbçi siyahısında olan Namiq Mustafayev hesab edir ki, 2017-ci ildə Bərdə rayonu N saylı hərbi hissəsində işlədiyi zaman “vətənə xəyanətdə” günahlandırılmasında rəhbərliyin “rolu olub”.

Onun sözlərinə görə, heç bir hərbi məhkəmə keçirilmədən və ya hərbi prokurorluğun qərarı olmadan rəhbərlik onu həbs etdirib.

Namiq Mustafayev deyir ki, 2017-ci ilin mayında Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə hərbi hissəyə gətiriləndə orada korpus komandirini görüb. “Sonra gözlərimi bağlayıb, otağa saldılar. Orda məni rezinlə, armaturla döyürdülər. Mənə elektrik cərəyanı verdiklərinə görə indi səhhətimdə problemlər var”.

Namiq Mustafayev BBC-yə deyib ki, işgəncələrdən bir neçə ay sonra ordu sıralarından təxris olunması barədə əmr alıb.

Daha sonra yaşadığı Şəki rayonuna qayıdan kapitan Namiq Mustafayev üçün burada yaşamaq o qədər də asan olmayıb.

“Mənə vurulan “vətən xaini” damğasına görə, yaşadığım Şəki rayonunda, öz elimdə-obamda çölə çıxmağa utanırdım. Ona görə də bir il Bakıya gəlib, tanışlarımdan uzaqda, qaçaq kimi yaşadım”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, istintaq prosesinə yalnız işgəncələri həyata keçirən şəxslərin deyil, qrup cinayətində iştirak edən köməkçi, təhrikçi və təşkilatçılarla yanaşı hərbi prokurorluq əməkdaşlarının da istintaqa cəlb olunması barədə çağırışlar ediblər.

Onun sözlərinə görə, “Tərtər işi”ndə istintaqın obyektiv aparılmasını diqqətdə saxlayacaqlar.

Baş prokurorluq isə sonuncu açıqlamasında deyir ki, işgəncə faktlarının daha dərindən araşdırılması və “əsl cinayətkarların aşkarlanması” istiqamətində zərərçəkmişlərin dindirilməsi prosesi davam etdirilir.

24 saat” yazını BBC-yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button