2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Tərtər işi"nin açılmasının möhkəm siyasi iradəyə ehtiyacı var

Bakı/10.02.22  Azərbaycanda uzun müddətdir saxlanılan və ya həbs olunmuş bəzi şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialar səsləndirilir. Lakin məhkəmələr və istintaq orqanlar adətən bu iddiaları həqiqət kimi qəbul etmir.  

2017-ci ildə baş verən “Tərtər hadisələri” ilə bağlı yenidən başlayan istintaq isə bəhs edilən işgəncələrin olduğunu təsdiqləyir.

Baş Prokurorluğun dünən yaydığı məlumata görə, “Tərtər işi” üzrə həbs edilmiş hərbçilərə işgəncə verməsində təqsirli bilinən dörd nəfər həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

İşgəncələr həqiqətən varsa, bu, aşagı səviyyədə özbaşınalıqdır, yoxsa sistemin bəlasıdır? Bu mənada “Tərtər işi”ndə daha yüksək səviyyədə həbslər gözlənilirrmi?

Hələ 2018-ci ildə Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi Azərbaycan hökümətinin xahişi ilə 6 məxfi hesabatını açıqlayıb. Hesabatlarda deyilir ki, “Azərbaycanda polis, digər hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə sistemli işgəncə və fiziki pis rəftar geniş yayılıb”. Lakin Azərbaycan höküməti bu fikirlərlə razılaşmayıb.

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Azərbaycan dövləti demokratik inkişaf yolunu seçmiş dövlətdir. “Azərbaycan hüquqi dövlətdir və həm Konstitusiya, həm daxil olduğu beynəlxalq konvensiyalara uyğun fəaliyyət ortaya qoyur. Bu yolu Ulu öndər Heydər Əliyev müəyyən edib və cənab prezident İlham Əliyev onu uğurla davam etdirir”.

Deputat qeyd edib ki, belə olan halda Azərbaycanda “Tərtər işi”nə baxılarkən işgəncə faktları istisna edilir. “Bu, mümkün deyil. Amma ayrı-ayrı epizodlarda belə halların olması haqqında məlumatlar var. Bu işdə əli olan adamların həbsi baş tutur. “Tərtər işi”nin araşdırılması və ona düzgün, obyektiv hüquqi qiymətin verilməsi çox mühüm bir məsələdir”.

O vurğulayıb ki, dövlət bu istiqamətdə addımlar atır. “”Tərtər işi”nin son dərəcədə obyektiv araşdırılması reallaşdırılır. İstintaq gedir. Onun detallarından xəbərimiz yoxdur, amma bildiyimiz bir həqiqət var ki, “Tərtər işi”ndə şiddətə, ciddi qanun pozuntulara yol verən, zor tədbiq edən şəxslər qanun qarşısında cavab verməli olacaqlar və cavab verirlər”.

Komitə üzvünün sözlərinə görə, sosial şəbəkələrdə bir qrup şəxslər var ki, “Tərtər işi” ilə bağlı məlumatları olmadığı halda qaralama kampaniyası aparır. “Eyni zamanda, müxalifətin müəyyən seqmenti hakimiyyətə təzyiq göstərmək üçün bu işdən manipulyasiya aləti kimi istifadə edir. Məsələni elə təqdim edirlər ki, dövlət bu işin araşdırılmasında maraqlı deyil. Amma bu ittihamların heç bir əsası yoxdur”.

Deputat qeyd edib ki, “Tərtər işi”nin obyektiv, qərəzsiz araşdırılması üçün bütün mümkün imkanlar səfərbər edilib. “Biz uzaq olmayan bir perspektivdə “Tərtər işi” ilə bağlı real həqiqətlərə şahidlik edəcəyik. Bu işdə cinayət əməllərinə imza atmış şəxslər mütləq qanun qarşısında cavab verəcəklər”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, bu, sistemin problemidir. “Sistem uzun illər ərzində qorxutmaq, təqib etmək, işgəncə vermək və bununla da öz məqsədinə nail olmaq istiqaməti götürdü. İstər fundamental azadlıqlarla bağlı, istərsə də qeyri-siyasi işlərlə bağlı biz hüquq-mühafizə orqanlarında işgəncələrlə bağlı məlumarlar alırıq. “MTN işi”ndə hətta qeyri-qanuni həbsxanaların mövcudluğu və orada işgəncələrin verilməsi ilə bağlı xəbərlər ortaya çıxmışdı. Yəni bu, sistemin vətəndaşa bir yanaşmasıdır”.

Ekspert qeyd edib ki, işgəncə betnəlxalq hüquq tərəfindən rədd edilir və işgəncə verənlərə qarşı sərt cəzaların tədbiq olunması tələb olunur. “Təəssüflər olsun ki, Azərbaycan beynəlxalq hesabatlarda bu məsələdə həmişə ilk yerlərini tutub. “Tərtər işi”ndə də biz gördük ki, vətəndaşlara ağılasığmaz işgəncələr verilib və bu işgəncələr altında həyatını itirənlər də olub. Yaxşı olardı ki, həmin hadisələr elə o vaxt araşdırılardı. Üstündən gör nə qədər vaxt keçib. İctimai reaksiya olmasaydı, hesab edirəm ki, bu, belə də qalacaqdı”.

Hüquq müdafiəçisinin fikrincə, bu işdə məsuliyyət daşıyanlar vəzifəsindən, keçmiş xidmətlərindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir. “Ciddi siyasi iradə ortaya qoyulsa, onda biz bunun şahidi olacağıq”. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button