Loading...
Loading...
Texnologiya

Tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 təqdim edilib

    Android 12-nin stabil versiyasının istifafəyə verilməsindən 4 ay sonra Google şirkəti Android 13-ün tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 versiyasını təqdim edib. Sözügedən versiya yalnız tərtibatçılar üçün nəzərdə tutulsa da onda qlobal dəyişikliklər o qədər də çox deyil. Tiramisu kod adına sahib Android 13-də yenilənmiş Material You temaları istifadə edilir və həmin temalar Google smartfonlarından başqa digər cihazlarda da aktivdir. Material You çərçivəsində tətbiqlərin ikonları istifadəçi tərəfindən seçilmiş temanın rənglərini əks etdirirlər.

    Bundan əlavə olaraq hər bir konkret tətbiq üçün dil seçimi imkanı da əlavə edilib. Android 13-ə fotoların seçilməsi üzrə tamamilə yeni sistem əlavə edilib və həmin sistem digər sənədlərin seçilməsindən cavabdeh olan sistemdən tamamilə ayrı çalışır. Yeni təhlükəsizlik funksiyası bu və ya digər tətbiqə konkret foto ilə videonu əldə etmək icazəsini vermək imkanını yaradır. Beləliklə hansısa tətbiqin bütün Gallery fayllarını əldə etmək faktorunu aradan qaldırmaq olar. Android 13 Developer Preview 1-də aşkar edilmiş digər yeniliklər aşağıdakı kimidir:

Google Android 13

Google Android 13

Pixel Launcher-də dəyişikliklər. Həmin dəyişikliklər qatlana bilən və böyük ekranlı cihazlar üçün nəzərdə tutulub

– Picture-in-picture rejimində ekranın iki hissəyə bölünməsi

– Cihazda olan tətbiqlər üçün “qonaq” qismində çıxış edən digər istifadəçi hesablarının əlavə edilməsi

-Səssiz rejimə keçid zamanı vibrasiyanın deaktiv edilməsi

– Smartfonun arxa panelinə iki dəfə klikləməklə işıq sisteminin işə salınması.

    Növbəti Developer Preview versiyaları fevral və mart aylarında təqdim olunacaqlar. Adroid 13-ün stabil versiyasının yay fəslinin sonunda və ya payız fəslinin əvvəlində istifadəyə veriləcəyi güman edilir.

24 saat” “Tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button