Sosial

TƏSDİQLƏNDİ! – İşsiz şəxslər bu yolla qeydiyyatdan keçə bilər – Şəkilli İzzah

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

“24 saat” xəbər verir ki, 190 manat birdəfəlik yardımı almaq üçün nazirliyin e-sosial.az (e-sosial.az/#) portalından qeydiyyatdan keçmək üçün aşağıdakı mərhələləri keçməyiniz tələb olunur.

  1.  e-sosial.az (e-sosial.az/#) portalına daxil olursunuz və şəkildə gördüyünüz yerə, yəni e-Xidmətlər bölməsinə keçid edirsiniz.

2. “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” bölümünü seçilməlir. (Şəkil 2)

Şəkil 2

3. Növbəti mərhələdə QEYDİYYATDAN KEÇMƏK üçün səhifə “Asan Login”-ə yönlənəcəkdir (https://asanlogin.my.gov.az). Bu zaman “İstifadəçi FİN-i ilə” bölməsiniz seçmək lazımdır (https://asanlogin.my.gov.az/auth/with-pin).

Diqqqət – əgər e-sosial.az saytının “e-Xidmətlər”bölməsi işləmirsə birbaşa bu link vasitəsiylə əməliyyatı davam etdirmək olar (https://asanlogin.my.gov.az/auth/with-pin)

4. Növbətti adım “QEYDİYYAT” düyməsinə basaraq tələb olunan xanaları doldurmaq olacaq.

5. Bu mərhələdə FİN kod və mobil nömrə yazılmalıdır. Nömrə qeydiyyatdan keçən şəxsin adına deyilsə, qeydiyyat baş tutmayacaq.

6. Daxil etdiyiniz telefon nömrənizə SMS vasitəsiylə gələn kodu “Təsdiqləmə kodu” yazılan xanaya daxil edirsiniz.

7. ZƏRURİ QEYD: Hazırda ƏƏSMN-in təqdim etdiyi sayt əksər hallarda ilk dəfə göndərilən SMS kodu yanlış qəbul edir. Əgər belə halla qarşılaşmısınızsa, qeydiyyatı dayandırmağa tələsməyin. Çünki “24 saat” olaraq saytın bu çatışmazlığının növbəti mərhələdə aradan qaldırılması üçün lazım olan addımı bilirik.

8. Yaranmış problemi aradan qaldırmaq üçün səhifəni yeniləmək və əvvəlki addımı bir daha təkrarlamaq gərəkdir. İkinci dəfə gələn SMS kod daxil edildikdə qeyiyyat uğurla tamamlanır. Açılan pəncərədə PAROL təyin etdikdən sonra ilkin mərhələ başa çatmış olur.

9. İlkin qeydiyyat mərhələsi başa çatmışdır.

10. Bu mərhələdə təyin etdiyiniz parolu növbəti dəfə yazmalısınız.

11. Əgər siz İŞAXTARAN kimi qeydiyyata düşmək istəyirsinizsə, o zaman “İş üçün müraciət” düyməsinə basaraq növbəti mərhələləri mütləq tamamlamalısınız.

Məlumat üçün bildirək ki, bu mərhələləri adladıqca İşsizlər üçün verilən birdəfəlik yardıma pensiya, pay torpaq, sahibkarlıq fəaliyyəti kimi maneə törədən məqamların varlığından da xəbər tuta bilərsiniz .

Əgər İŞAXTARAN kimi qeydiyyata düşmək istəmirsinizsə, o zaman birbaşa 36-cı addıma keçid edin.

12. Bu mərhələdə “Yeni müraciət” düyməsini basmaq tələb olunur.

13. “Anketlərə keçid” bölməsi seçilir

14. Açılan pəncərədə ilk olaraq “İş üçün” xanası işarələnir, sonra “Yadda saxla” düyməsi basılır və sonda “İrəli” işarəsi seçilir.

15. Bu mərhələdə mobil nömrə (zəruridir), email (zəruri deyil) və “Faktiki ünvan” yazılır

16. Açılan pəncərə sizə məxsus olan mobil nömrələrin siyahısı əksini tapıb. Əlavəniz yoxdursa, aşağıdakı şəkildə göstəriləç işarəni basın.

17. Bu mərhələdə siz təhsiliniz barədə məlumatları sistemə daxil etməlisiniz.

QEYD: Bu mərhələdən 35-ci mərhələyədək heç bir dəyişiklik etməyədən irəliləyə bilərsiniz. Dəyişiklikləri daha sonra yerinə yetirmək mümkündür.

32. Bu addımda ilk olaraq “Qaydaları oxudum və razıyam” xanası işarətlənir, daha sonra “Yadda saxla” düyməsi, onun ardından isə “İrəli” istiqamətini göstərən işarə basılır.

33. Müraciət təsdiqlənir

34. Əgər istəsəniz “Bildirişi yüklə” düyməsinə basaraq qeydiyyatımızın müvəffəqiyyətlə tamamlandığını təsdiq edən sənədi yükləyə bilərsiniz.

35. Bildiriş bu formada qarşınıza çıxmalıdır.

36. İŞSİZ KİMİ QEYDİYYATA DÜŞMƏK ÜÇÜN BU MƏRHƏLƏ ÇOX ÖNƏMLİDİR.

“Asan Login”-də qeydiyyat başa çatdıqdan 5 dəqiqə sonra e-sosial.az saytına qayıdaraq “Online müraciət” bölməsini seçərək birdəfəlik yardım almaq üçün müraciət etmək hüququ əldə edirsiniz.

37. Açılan pəncərədə ilk olaraq “Şəxsin FİN-i” xanasına FİN kodunuzu yazırsınız. (ŞƏKİL 37 – 1)

Bundan sonra şəxsiyyət vəsizənizin seriya və nömrəsini yazmağınız tələb olunur. (ŞƏKİL 37 – 2)

ZƏRURİ QEYD: ƏƏSMN istifadəyə verdiyi “Online müraciət” bölməsində köhnə şəxsiyyət vəsiqələri üçün seriya (AZE) tələb olunmur. Fəqət yeni şəxsiyyət vəsiqəsi üçün AA seriyasını yazmaq zəruridir.

Bu mərhələnin tamamlanması üçün “Mən robot deyiləm” xanasını işarələyib, açılan növbəti pəncərədə testi tamamlayırsınız. (ŞƏKİL 37 – 3)

Daha sonra “Yoxla” düyməsinə basaraq məlumatlarınızın sistemdə əks olunmasını gözləməlisiniz.

38. “Yoxla” düyməsinə basdıqdan sonra əgər məlumatları doğru daxil etmisinizsə, “soyad”, “ad” və “ata adı” xanaları sitem tərəfindən sizə aid məlumatlarla özlüyündən doldurulur.

Siz “Rayon”, “Faktiki yaşayış ünvanı” , “Elektron poçt ünvanı” (vacib deyil), evli və ailəlisinizsə “həyat yoldaşın FİN-i”, “Əlaqə üçün nömrə” xanalarını doldurmalısınız.

Bundan əlavə “İstiqamət” pəncərəsindən yeganə seçənək olan “Məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” pəncərəsindən isə yeganə seçənək olan “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması”-nı seçməli, daha sonra “Müraciətin növü” bölməsində “Ərizə” qeydini etməlisiniz.

Son addım olaraq “Göndər” düyməsi basılmalıdır.

39. Təbrik edirik! Əgər 26, 27, 28, 29, və 30-cu bölmələrdə adınızın qarşısı boşdursa, siz 190 manatı alacaqsınız…

Mövzu ilə bağlı suallarınızı yazının altında “Şərh bölümü”ndən bizə ünvanlaya bilərsiniz.

“24 saat”

Related Articles

15 Comments

  1. salam, mən sizin göstərdiyiniz tam qaydada kecdim , Təsdiqlənmiş – İşaxtaran (İşi və qazancı olan şəxs), axı men işsizəm və hec bir qazancım yoxdur

  2. salam, mən sizin göstərdiyiniz tam qaydada kecdim , Təsdiqlənmiş – İşaxtaran (İşi və qazancı olan şəxs), axı men işsizəm və hec bir qazancım yoxdur

    1. Belə hallarla qarşılaşan ilk şəxs siz deyilsiniz. Ola bilər ki, kimsə nə zamansa sizin adınızdan şirkət açıb. O bəlmədə iş yerləri görünür. Diqqətlə baxın və məsələni özünüz üçün dəqiqləşdirin

  3. salam Mən E-xidmətlər bölməsindən qeydiyyatdan keçdim və 5 deq sonra oline muraciətə daxilib olub anketi doldurub göndər duyməsini seçdim yazıldıki sizin adınız artıq sistemdə mövcuddur. bu nə deməkdir?

  4. Salam onlayin muraciyet edilib qardashimin adindan bu kompensasiya ile bagli amma cavab gelmeyib 142 ye zeng edirem goturen olmur nece yoxlaya bilerem kecib qeydiyatdan ya yox odenish olunacaq ya olunmayacaq

    1. Siz qeydiyyatdan keçdikdən sonra sayta “Sizin müraciətiniz qeydiyyata alındı” bildirişi (Şəkil 39) görünübsə, qeydiyyatınız uğurlu olub. Amma biz 24saat.org saytı sizə birdfəfəlik yardım oluacaq, ya yox, bu suala cavab verə bilmərik.

  5. Mende sizin dediyiviz kimi etdim , tesdiqlenmish ( ishi olmayan shexs) yazib bele olmalidir , ?bu anketin menfi tesiri yoxduki? Xaish edirem melumat veresiz

  6. Salam men qeydiyatdan kecdim orda yazilib ki 5 deq sonra online muraciet ede bilersiz amma men 20 deq coxdu ki gozduyurem amma orda yazilirki ..Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

  7. salam mən iş axtaran kimi qeydiyyata düşmüşəm istəyirəm ləğv edim kabinetim əvvəlki kimi olsun işaxtaran kimi görsətməsin mümkünsə kömək edərdiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button