Bizim tərcüməDünya

Təsvir gəldi! Britaniya qoşunları bu ölkədən çıxarılır

İngiltərənin Müdafiə üzrə Dövlət katibi Ceyms Heappey parlamentdə millət vəkillərinə verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Missiyası çərçivəsində Maliyə göndərdikləri təxminən 300 İngilis əsgərini geri çəkəcəklərini açıqlayıb.

James Heappey deyib ki, üç il ərzində Malidə baş verən iki çevriliş sülhü inkişaf etdirmək üçün beynəlxalq səyləri zəiflətdi.

Mali hökumətinin Rusiya təhlükəsizlik firması “Wagner Group” ilə işlədiyini iddia edən Heappey, “Vaqner Qrupu kütləvi insan haqları pozuntuları ilə bağlıdır və Mali hökumətinin Vaqner Qrupu ilə ortaqlığı onların regionunda qalıcı sabitlik və təhlükəsizliyə xələl gətirir. ” qiymətləndirməsini etdi.

Malidəki əməliyyatı “dünyanın ən təhlükəli sülhməramlı missiyası” olaraq xarakterizə edən Heappey, 2013-cü ildən bəri burada 288 BMT əsgərinin həyatını itirdiyini bildirib.

Mali hökuməti 2014-cü ildə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqavilələrinin Fransanın müxtəlif yollarla Malinin suveren hüququnu pozması səbəbindən ləğv edildiyini bildirib.

Bu pozuntuların səbəbi Fransanın Mali ilə məsləhətləşmədən Barkhane əməliyyatında əsgər sayını azaltması, Barkhane və Takuba İşçi Qrupunun Maliyə xəbər vermədən fəaliyyətlərini dayandırması və Fransa hərbi təyyarələrinin icazəsiz uçuşu olub.

İki ölkə arasında ilk böhran Vaqner muzdlularının Malidə yerləşdirildiyi iddiaları ilə başladı.

Fransa iddiaların ortaya atıldığı 2021-ci ilin oktyabrından bəri bir neçə böhran yaşadığı Malidən çəkiləcəyini və Barkhane əməliyyatına son qoyacağını açıqlayıb.

Fransa aprelin 19-da 300-ə yaxın əsgərin yerləşdiyi Qossidəki zirvədən geri çəkilmişdi.

Siyasihərbi şərtlərdəki uyğunsuzluq səbəbiylə 2022-ci ilin fevral ayında başlayan geri çəkilmə çərçivəsində Qossidən sonra 13 iyun tarixindən etibarən qoşunlarını Menakadan çəkməyə başladı. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Bayden və Si Ukraynada nüvə silahından istifadəyə qarşı çıxış etdilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button