Xəbərlər

Təyyarə sərnişinlərinə saxta COVİD-19 sənədi verənlər arasında həbs olunan var

Təqsirləndirilən şəxslər 101 sərnişin üçün saxta COVİD-19 sənədini 12 min 120 manata satıblar

Gəncə-Sankt Peterburq aviareysi ilə səyahət edən 101 sərnişinə koronavirus müayinəsindən keçməsi barədə saxta sənəd verməkdə suçlanan şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar “ƏSR” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyevadır.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bilidirilir ki, onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əsgər Bayramov həbs edilib, Tünzalə Əliyevanın barəsində isə istintaq dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İddia olunur ki, Əsgər Bayramov və Tünzalə Əliyevadan başqa da bu işlə əlaqəli şəxslər var və istintaq onların kimliyini araşdıracaq.

Prokurorluğun məlumatında bildirilir ki, təqsirləndirilən şəxslər 101 sərnişin üçün saxta COVİD-19 sənədini 12 min 120 manata satıblar.

Bu cinayət işi üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam edir.


24 saat” “Təyyarə sərnişinlərinə saxta COVİD-19 sənədi verənlər arasında həbs olunan var” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button