Bizim tərcüməDünya

Təəccüblü hadisə: Gizlənqaç oynayarkən ölkə dəyişdi!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Banqladeşdə bir oğlanın dostları ilə oynadığı gizlənqaç oyunu Malayziyada başa çatıb. Yanvarın 12-də Banqladeşin Çittaqonq şəhərindən 1337 konteyner yükü ilə yola çıxan MV Integra yük gəmisi 5 günlük dəniz səyahətindən sonra yanvarın 16-da Malayziyanın Port Klanq limanına gəlib. Konteynerlərin yerləşdiyi yük yerindən qışqırıq və zərbə səsləri eşidən ekipaj vəziyyəti gəmi kapitanına çatdırıb.

Səslərin haradan gəldiyini anlamaq mümkün olmayan gəmi fövqəladə vəziyyətdə limana çəkilib. Səlahiyyətlilər ətraflı axtarışdan sonra səslərin gəldiyi konteyneri tapıblar və konteynerin içərisində taqətdən düşmüş kimi görünən qəribə uşaq tapıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Malayziya limanında Banqladeşli işçilərin köməyi ilə əlaqə saxlanılan 12-15 yaşlarında olan Fahimin Banqladeşdəki limana yaxın bir bölgədə dostları ilə gizlənqaç oynayarkən konteynerdə gizləndiyi öyrənilib. Fahim ilk ifadəsində oyandığı zaman konteynerin qapağının bağlı olduğunu və yolda olduğunu, Malayziya xilasetmə qrupları tərəfindən sağlamlıq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya aparıldığını bildirib.

112

Mövzu ilə bağlı açıqlamasında Malayziyanın daxili işlər naziri Saifuddin Nasution İsmail hadisədə insan alveri ilə bağlı heç bir dəlil tapmadıqlarını və vəziyyətin qəza olduğunu, xilas edilən uşağın sağlamlıq yoxlamalarından sonra ölkəsinə göndəriləcəyini bildirib. . (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button