2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Təbrizdəki 'Traktor' futbol klubunun keçmiş oyunçusu edam cəzasına məhkum edilib

Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Əmir Nəsr Azadani ölkədəki son problemlərə etiraz etdiyi üçün edam cəzasına məhkum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumat dekabrın 10-da klubun tvitter səhifəsində yer alıb.

Yerli mənbələrdə yayılan məlumatlara görə, İsfahan məhkəməsi tərəfindən çıxarılan bu hökm yaxın günlərdə icra ediləcək.

Yerli medianın yazdığına görə, dekabrın 10-da İran ədliyyə orqanları “Allaha qarşı müharibə aparmaqda” günahlandırılan 25 etirazçısının siyahısını dərc edib.

Qeyd ounur ki, islam qanunlarına görə bu, ölüm hökmünü nəzərdə tutan ittihamdır.

Məlumatda həmin siyahıdakılardan 24 nəfərinin edam olunacağı qeyd edilir.

İrandakı son aksiyalarla bağlı ilk etirazçı Mohsen Şekari dekabrın 8-də edam edilib. Bu barədə ölkənin Ədliyyə nazirliyinə bağlı olan “Mizan” xəbər agentliyi məlumat yayıb.

Rəsmi məlumatlarda həmin şəxs təhlükəsizlik əməkdaşına xəsarət yetirməklə “ədavət”də ittiham olunur.

İranda kütləvi etirazlar hicabı düzgün bağlamaması ittihamı ilə saxlanılan 22 yaşlı Məhsa Amininin sonradan xəstəxanada vəfat etməsindən sonra başlayıb. Onun ölümü minlərlə iranlının küçələrə çıxmasıyla sonuclanıb.

Hökumət nümayişçilərə amansız divan tutub. Deputatlar isə etirazçılara qarşı sərt cəzaları tətbiq etməyə çağırıb.

İnsan haqları qrupları və Qərb hökumətləri Tehranı etirazçılara qarşı ölüm hökmü çıxarmamağa çağırıb, tələsik məhkəmələri “saxta” ədalət adlandırıb.

Son məlumtlara görə, İrandakı aksiyalarda 450-dən çox etirazçı, o cümlədən 64 azyaşlı öldürülüb.

Amnesty International insan haqları təşkilatı üçü uşaq olmaqla azı 28 nəfərin etirazlarla əlaqədar edam oluna biləcəyini bildirib. Qurumun mövqeyinə görə, İran hakimiyyəti ölüm cəzasından “ictimaiyyət arasına qorxu səpmək, xalq etirazını bitirmək üçün siyasi repressiya aləti kimi” istifadə edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button