2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təcili!!! 300 Donbass separatçısı Qarabağa göndərilmək üçün QRU-nun bazasında təlim keçir

300-ə yaxın Donbass separatçısı Qarabağa göndərilmək üçün hazırda QRU-nun bazasında təlim keçir.

Bu sensasion məlumatı Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk özünün Facebook səhifəsində paylaşıb. Tımçukun məlumatı barədə“Obozrovatel.ua” yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Deputatın məlumatına görə Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbass sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların əvvəl qondarma “Donetsk Xalq Resublikasının” 1-ci “ordu korpusunda” xidmət etdiyi bildirilir. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.

“Yaraqlılar Rusiya ordusunun kamuflyajını geyiniblər, onların hərbi formasının üzərində salat və tünd-qırmızı rəngli iki lent olan tünd-döy bayraq təsvir olunub. Yaraqlıların içərisindən verilən məlumata görə bu qrup QRU-nun Rusiya ərazisindəki bazasında özəl hərbi  şirkətin “patronajlığı” altında təlim keçir. Təlimlərdən sonra Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edəcəklər”-Dmitri Tımçuk yazıb

Deputatın bildirdiyinə görə həmin qrupu Donbassdan Rusiyaya üzərində“55”“23” taktiki işarələri olan “Ural” avtomobilləri ilə aparıblar.

Xatırladaq ki, bir neçə ay əvvəl də Donbass separatçılarının bir qrupunun Qarabağa göndərilməsinə hazırlıq getdiyi barədə Ukrayna mənbələrində məlumatlar yayılmışdı. (virtualaz.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button