2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Təhsil eksperti “Məktəblinin dostu” layihəsini tənqid etdi

Limunət Əmrahlı: “Bu layihənin təmsilçiləri təhsilalanlar və təhsilverənlər üçün məktəbi yadlaşdırırlar”

“Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı Moderator.az-a açıqlamasında “Məktəblinin dostu” layihəsi ilə bağlı tənqiid fikirlər səsləndirib. Təhsil ekspertinin fikrincə, bu layihədə kifayət qədər çatışmazlıq mövcuddur ki, bu da onun tətbiqini qeyri-səmərəli edir:

“Hazırda məktəblərdə həyata keçirilən “Məktəblinin dostu” layihəsi başa çatmaqdadır. Əgər təqdir olunarsa, yəqin ki, reallaşdırılacaq. Onun, əlbəttə ki, müsbət tərəfləri var, lakin mənfi tərəfləri bunları kölgədə qoyur. Səbəblərini qısa da olsa şərh etmək istərdim.

Saytların yığılması Saytlarin yigilmasi
  1. Bu layihənin adı belə təhsil işçilərinə hörmətsizlikdir. Ona görə də hər kəsdə inkaredici hisslər oyadır. Belə çıxır ki, məktəbdə çalışanlar məktəblinin dostu deyillər. Bəs onda kimdilər? Təhsil Qanunu və ondan qaynaqlanan çoxsaylı əmr, fərman,larda təhsil verənlərin fəaliyyətinin başlıca prinsipi – şagirdlərə humanist yanaşmadır. Digər tərəfdən, bu layihə məktəb psixoloqlarına etimadsızlıqdır. Əgər layihənin rəhbərləri “məktəblinin dostları”na ehtiyacın məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin aşağı olması səbəbindən yaranması ilə əlaqələndirirlərsə, ədalətsiz yanaşmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra axtarıb tapsınlar, məktəb psixoloqlarının hüquq və vəzifələrini özündə əks etdirən bircə sənəd ortaya qoysunlar. Onların işinə rəhbərlik və köməklik göstərən, ixtisaslı mütəxəssilərlə təchiz edilmiş bircə dövlət qurumunun adını çəksinlər. Məktəb psixoloqlarına hansı diqqət, qayğı göstərildi, nə köməklik edildi ki, onlara qarşı belə qəbuledilməz münasibət yaranıb? Ən təəssüfləndirici hallardan biri də odur ki, psixoloqların işini riyaziyyat, coğrafiya, ədəbiyyat, ingilis dili və d. mütəxəssilər həll edir, münasibət bildirir, tənqidi yanaşırlar. Sözsüz ki, onların arasında keyfiyyətsiz kadrlar var. Məgər məktəbdə keyfiyyətsiz müəllimlər və rəhbərlər yoxdurmu? O zaman onları da başqa dostlarla əvəzləsinlər. Dəstək verilən bu layihəyə xərclənən vəsait məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılmasına xərclənsəydi, onlar məktəblilərin də pedaqoq və valideynlərin də qəlbinə daha tez və asan yol tapardılar. Məktəbin psixoloji iqlimi əhəmiyyətli dərəcədə yaxşılaşardı. İntiharların, pedaqoji münaqişələrin sayı azalardı. Şagirdlərin assosiallaşmasının, dezadaptasiyasının, məktəb depressiyalarının, cinsi oriyentasiya dəyişmələrinin, narkomaniyaya meyilliliyin statistikasında şkalalar indiki həddən aşağıı olardı.
  2. Əslində bu layihənin təmsilçiləri təhsilalanlar və təhsilverənlər üçün məktəbi yadlaşdırırlar. Təsəvvür edin, evinizə daxil olursunuz, kimsə qapıda durub sizə “Xoş gəldiniz!” deyir. Özünüzü necə hiss edərsiniz. Düşünəcəksiniz ki, kimsə evinizdə məskən salıb. Yaxud müəllim sakitcə dərs deyir, məktəblinin dostu heç bir xəbərdarlıq etmədən sinifə daxil olaraq öz işində maraqlı olan məsələ ilə bağlı onu pozur, ya da hər kəsin diqqətini başqa bir istiqamətə yönəldir və s.
  3. Məktəb olduqca mürəkkəb qarşılıqlı münasibətlər məkanıdır. Burada çoxsylı münasibət sistemləri var: “müəllim-şagird”, “müəllim-müəllim”, “müəllim-valideyn”, “müəllim-rəhbər”, “şagird-şagir”, “şagird-rəhbər” və s. Psixologiyada belə bir qanun var: əgər “A” və “B” olaraq iki şəxs götürsək, onlar arasındakı qarşılıqlı münasibətlərin 2 tərəfi olur. A B-yə və əksinə, B A -ya təsir göstərir. Bu münasibətlərə üçüncü şəxs müdaxilə etdikdə, qarşılıqlı təsirlərin sayı 12-yə çatır. “Üçüncü artıqdır” deyimi də buradan yaranıb. Özünüz fikirləşin! Məktəbdə konkret funksiyaları və ştat vahidi olmayan “Məktəblinin dostu” adlanan bir şəxs bu münasibətlərə necə və hansı statusda daxil olacaq? Gələcəkdə bu dosta kimin funksiyaları veriləcək? Yəqin ki, uşaq birliyi rəhbərlərinin, ya da məktəb psixoloqlarının….
  4. Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər. Olsaydılar, onun hələ konservativ olduğunu nəzərə alaraq heç bir maarifləndirmə və hazırlıq işləri aparmadan göydəndüşmə kadrları məktəb kollektivinin içərisinə yolayaraq onun sakitliyini pozmazdılar, iqlimini korlamazdılar. Bunun incə yolları var. Həmin yolları isə yalnız peşəkar tədqiqtçılar təklif edə bilərdilər. Məgər kurikulum islahatı təcrübəsi bunu sübut etmədimi, yol verilmiş nöqsanların acı nəticələri ortada deyilmi? Hazırda hər kəs, hətta lahiyə rəhbərləri və icraçıları belə bu fikirləri biri-birinə pıçıltı ilə söyləyərək bir sıra məsələlərdə tələsdiklərini etiraf edirlər. Əziyyətini isə övladlarımız və cəmiyyət çəkir.

Nəhayət, məktəb – kitabxana rəfi deyil ki, hər yeni kitabı oraya rahatca terləşdirəsiniz. Məktəb – uzun və çətin yollar qət edərək yetişmək lazım gələn, dolanbac, mürəkkəb, gizlin bir yerdə qoyulmuş “Qızıl alma”nın yerləşdirildiyi sehirli mücrüdür. Onu ovcunuza götürmək üçün bu yollardan keçmək, sehirli qıfılları açmaq üçün təcrübə qazanmaq, könüllərə yol tapmaq lazım gəlir. Yalnız bütün maneələri dəf etdiyinizə əmin olduqdan sonra o Qızıl Almanı ovcunuza götürüb qoxulaya və dada bilərsiniz. Məktəb – müqəddəs ocaqdır. Bu söz məcazi məna kəsb etsə də ona yanaşma məhz belə olmalıdır. Rol davranışı göstərən hər kəs nə məktəbin, nə də məktəblinin dostu ola bilməz.!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button