2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təhsil işçiləri və valideynlərdən Məleykə Abbaszadəyə açıq məktub

200-dən artıq təhsil işçisi və valideyn Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadəyə açıq məktub ünvanlayıb. 

“Arqument.az” həmin açıq məktubu olduğu kimi ictimiayyətə təqdim edir:

“Dövlət İmtahan Mərkəzinin sədri, çox hörmətli Məleykə xanım Abbaszadə!

Saytların yığılması Saytlarin yigilmasi

DİM-in sosial şəbəkələrdə – daha dəqiq desək, rəsmi Facebook səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər arasında heç də birmənalı qarşılanmadı. 

Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və  ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub. Əvvəlcə həmin şərhi tədqim edir, sonra isə etiraza səbəb olan amillərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik:

“Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik)  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. 

Tədris proqramlarına görə, xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. 

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”.

Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik:

1. DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı “Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində  öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb.

2. DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün  fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da  möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına  üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühim faktordur.

3. DİM bu cür imtahanları ilin  istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər.

4. Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından, sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu  stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil.

5. “Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən  proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl  dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur.

DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik.

Yekun olaraq, tələb edirik ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin”. 

Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

1. Ülviyyə Əliyeva – 161 nömrəli tam orta məktəb
2. Aynurə İsmayılova – 37 nömrəli tam orta məktəb
3. Gülyaz Əliyeva – 38 nömrəli tam orta məktəb
4. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəb
5. Kəmalə Dadaşova – Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəb
6. Zülfinaz Qurbanova –  149 nömrəli Ağdam rayon məktəbi
7. Günel Hüseynova – Kaspi Ağ  şəhər liseyi
8. Emel Talıbova – 147 nömrəli Texniki-humanitar lisey
9. Şəfəq Şirəliyeva – Kürdəmir rayon 3 saylı tam orta məktəb
10. Səadət İsmayılova – Gəncə şəhəri, təqaüddə olan müəllim
11. Kəmalə Hacıyeva – Kəlbəcər rayon 106 nömrəli tam orta məktəb
12. Təhminə Əsgərli – S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
13. Ləman Salamzadə – Oğuz rayonu Tayıflı kənd tam orta məktəbi
14. İradə Abdulova – 322 saylı tam orta məktəb 
15. Ceyran Həsənova – S.C.Pişəvəri adına Humanitar fənlər  gimnaziyası
16. Ülviyyə Əsədova – Lənkəran şəhər 6 nömrəli məktəb-lisey
17. Sənubər Kərimova – Kurs  müəllimi (valideyn)
18. Günel Məmmədova – Ağdam rayon 139 nömrəli tam orta məktəb
19. Bəturə Səməd – Qobustan rayonu 1 saylı tam orta məktəb
20. Günel Məmmədova – Nefçala şəhər humanitar təmayüllü “Muğan” 
21. Şəhla Qurbanova – Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb
22. İradə Nəbiyeva – Bakı Slavyan Universitetinin nəzdində olan Lisey kompleksi
23. Ülviyyə Nəbiyeva – Quba rayonu, Qaraçay qəsəbə tam orta məktəbi
24. Şəfəq Nağıyeva – Xırdalan şəhər 10 saylı tam orta məktəb
25. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli orta məktəb
26. Aynur Ələkbərova – Kəlbəcər rayonu 36 nömrəli tam orta məktəb
27. Ramilə Hüseynzadə – 271 nömrəli tam orta məktəb
28. Səmra Mustafayeva – Qax Rayon Marsan kənd tam orta məktəbi
29. Azadə Səmədova – Hacıqabul rayonu 3 saylı tam orta məktəb
30. Rüfət Qüdrət oğlu – 20 nömrəli tam orta məktəb
31. Tamilla Əliyeva – 262 nömrəli tam orta məktəb
32. Eyvaz Eyvazlı – Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəb
33. İsmayıl Hüseynov – Repetitor, kurs müəllimi
34. Elnarə Həsənova – Tovuz rayonu, Əlimərdanlı Kənd orta məktəbi
35. Fidan Məmmədova – Masallı rayonu Miyankü kənd məktəbi
36. Xuraman Qurbanova – Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb
37. Vəfa İbrahimli – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb
38. Dilarə Qazıyeva – Göygöl şəhəri, İ.Hüseynov adına 1 nömrəli tam orta məktəb
39. Bayraməli İmanov – Masallı rayonu Miyankü kənd məktəbi
40. Sevinc Mustafayeva – Göygöl şəhər 1 nömrəli tam orta məktəb
41. Könül Abdullayeva – M.Şeyxzadə adına THT təmayüllü gimnaziya
42. Gülü Əliyeva – Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb
43. Sakitə Qulamova – Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi
44. Aynur İbrahimova – Quba şəhər Texniki təmayüllü lisey
45. Kənan Haşımov – Masallı rayonu Qəriblər kənd tam orta məktəbi
46. Aybəniz Zeynalova – Ağdam rayon məktəbi
47. Namiq Allahverdiyev – Qəbələ rayon Daşca kənd tam orta məktəbi
48. Şölə Məmmədova – Masallı rayonu 3 saylı tam orta məktəb
49. Samirə Əlizadə – Bakı şəhəri, Hədəf kursları
50. Nuriyyə Quliyeva – 2 nömrəli Texniki-Humanitar lisey
51. Səbuhi Abdullayev – Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb
52. Şəhla Abbasova – Bakı şəhər 144 nömrəli tam orta məktəb
53. Günel Əliyeva – Elşad Ağayev adına  Hişkədərə məktəbi. Fizika müəllimi və valideyn
54. İlhamə Abdurahmanova – Sabunçu rayonu 80 nömrəli tam orta məktəb
55. Məlahət Məmmədova – Lənkəran rayonu C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi
56. Könül Əhmədova – Xətai rayon 245 nömrəli tam orta məktəb
57. Murad Mehdiyev – Salyan rayonu Yenikənd tam orta məktəbi
58. Xəqani Şirməmmədov – Mübariz İbrahimov adına Biləsuvar liseyi
59. Fəridə Dostuyeva – Mehrab Niftəliyev adına Quba şəhər Texniki Təmayüllü lisey
60. İlhamə Allahverdiyeva – Cəbrayıl rayonu Əmirvarlı tam orta məktəb
61. Anar İbadov – Lerik rayonu Şonayçola kənd ümumi orta məktəbi
62. Əsmər Mirzəyeva – Quba rayonu 1-ci Nügədi 1 nömrəli tam orta məktəb
63. Xəyalə Əhmədova – 328 nömrəli tam orta məktəb
64. Sürəyya Allahverdiyeva – Təqaüddə olan müəllim, eyni zamanda, valideyn
65. Zümrüd Məmmədzadə – Quba şəhər H.Əliyev aadın 1 saylı tam orta məktəb
66. Nazilə Məmmədova – 89 nömrəli tam orta məktəb
67. Mələk Səmədli – 161 nömrəli tam orta məktəb
68. Aysel Vəliyeva – Xəzər rayon 218 nömrəli tam orta məktəb
69. İlahə Mirzəyeva – 253 nömrəli tam orta məktəb
70. Vüsalə Mikayılova – Balakən rayonu Acılıqbinə kənd ümumi orta məktəbi
71. Elnarə İbrahimova – Elitar gimnaziya
72. Bəhruz Davudov – Şəki rayonu, Kiş kəndi 4 nömrəli məktəb
73. Arzu Çobanova – Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəb
74. Eşqin Abdullayev – 331 nömrəli tam orta məktəb
75. Könül Hüseynova – Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb
76. Könül Aydın – Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb
77. Gülnar Həsənova – Repetitor, kurs müəllimi
78. Əsədova Məhluqə – 46 nömrəli Laçın məktəbi
79. Alıyeva Aləmzar – 46 nömrəli Laçın məktəbi
80. Kəmalə Dadaşova – II Nügedi kənd 2 saylı tam orta məktəb
81. Südabə İsmayılova – 49 saylı İntellekt məktəb-lisey
82. Günel Atakişiyeva – II Nügedi kənd 3 nömrəli orta məktəb dərs hissə müdiri
83. Sitarə Kazımova – Mirzəqışlaq kənd tam orta məktəbi
84. Əsədova Ülviyyə – Lənkəran şəhər 6 saylı məktəb
85. Rzayevə Çiçək – Lənkəran şəhər 6 saylı məktəb
86. Hüseynova Yasəmən – Lənkəran şəhər 6 saylı məktəb
87. Bağırova Sevda – Lənkəran şəhər 6 saylı məktəb
88. Abasova Gülarə – Lənkəran şəhər 6 saylı məktəb
89. Məmmədova Aynur – Lənkəran şəhər 6 saylı məktəb
90. Şərifova Xədicə – Lənkəran şəhər 6 saylı məktəb
91. Məmmədov Cabir – Lənkəran şəhər 6 saylı məktəb
92. Cəlilova Arzu – Lənkəran şəhər 6 saylı məktəb
93. Axundova Samirə – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəb
94. Abdullayevə Təranə – Lənkəran şəhər 6 saylı məktəb
95. Sevda Qurbanova – Pirvahid kənd tam orta məktəbi
96. Şəhla Soltanova – Tusi hazırlıq mərkəzi
97. Namiq Ağayev – 326 nömrəli tam orta məktəb
98. Əfsanə Qasımova – Şəmkir şəhəri,  Ə.Cavad adına tam orta məktəb
99. Surac Bəşirov – Ağdam 15 nömrəli orta məktəb
100. Paşa İsmayılov – 72 nömrəli məktəb-lisey
101. Nübar Əlimuradova– Quba şəhəri, Hacıbaba Əliyeva adına 1 nömrəli tam orta məktəb
102. Afaq Yusifli– Gəncə  Dövlət Universiteti
103. Seyfəddin Əhmədov – Xocalı şəhər 3 nömrəli tam orta məktəb
104. Nabat Həsənova – Sumqayıt  Dünya məktəbi
105. Musayeva Şəbnəm – Repetitor
106. Sərvər Sərvərov – Ağdam şəhəri, I Sarıcalı tam orta məktəb
107. Allahverdiyeva Aygün – Şuşa rayon 8 nömrəli məktəb
108. Kərimova Vüsalə – Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb
109. Tağıyeva Xuraman – Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
110. Allahverdiyeva Könül – 271 nömrəli tam orta məktəb
111. Vəliyev Rəşad – 161 nömrəli tam orta məktəb
112. Şamxallı Lalə – 161 nömrəli tam orta məktəb
113. Abdullayeva Züleyxa – 161 nömrəli tam orta məktəb
114. Rzazadə Nuranə – 161 nömrəli tam orta məktəb
115. Sadiqova Nərgiz Əlimövsum qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
116. Ömərova Raidə Mərdan qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
117. Səfərova Kəmalə Möhübbət qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
118. Əhmədova Lütfiyyə Nəsrəddin qızı – 13 nömrəli məktəb
119. Məmmədova Şəfəq – Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı orta məktəb
120. Xəyal Novruzov – Laçın rayonu Nurəddin kənd tam orta məktəbi
121. Nabat Abdullayeva – 169 saylı məktəb
122. İbişli İlkin – Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəb saylı tam orta məktəb
123. Əsgərova Esmira Ziyad qızı – Göygöl şəhəri 5 saylı tam orta məktəb
124. Günel Zamanlı – Sumqayıt şəhəri 31 saylı tam orta məktəb
125. Əfqan Hüseynov – Beyləqan rayonu Qaradağlış kənd tam orta məktəb
126. Sürəyya – Zaqatala rayonu R.Şabanova adına Aşağı Tala kənd 3 nömrəli məktəb
127. Quliyeva Səadət – Cəlilabad şəhər 8 nömrəli məktəb
128. Murtuzlu Günay – Cəlilabad şəhər 8 nömrəli məktəb
129. Ağayeva Şəhla – Cəlilabad şəhər 1 nömrəli məktəb
130. İbrahimova Vəsilə – 158 nömrəli məktəb
131. Vüsalə Muxtarqızı – Azəri hazırlıq kursu
132. Kamil Bəşirov – Zərdab rayonu Məlikli kənd tam orta məktəb
133. Allahverdiya Rəşidə Beyləqan rayonu Ə. Rüstəmov adına 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəb
134. Ələsgərova Ülviyyə – 257 nömrəli tam orta məktəb
135. Hacıyeva Sevinc – Nərimanov rayonu 212 nömrəli məktəb
136. Babayeva Çinarə – 9 nömrəli internat məktəbi
137. Məmmədova Rəsmiyyə – Xətai rayonu 221 nömrəli məktəb
138. Kazımlı Zöhrə – 179 saylı tam orta məktəb
139. Novruzov Rahil – Kəlbəcər rayonu 37 saylı tam orta məktəb
140. Şahbazova Könül  Nurəddin qızı – Gənc İstedadlar liseyi
141. Hüseynova Yaqut Hacıbala qızı – Gənc İstedadlar liseyi
142. Tağıyevə Aynur – Valideyn
143. Məmmədova Xəyalə – Valideyn
144. Əkbərov Teymur – Valideyn
145. Abışova Aynur –Valideyn
146. Əliyev Azər – Valideyn
147. Məcnunova Məlahət – Valideyn
148. Məmmədova Svetlana – Valideyn
149. Sultanova İlahə – Valideyn
150. Ağasıyev Rəşid – Valideyn
151. Abidova Gülnur – Valdeyn
152. Əliyev Barat – Valideyn
153. Fərzullayeva Gülər – Valideyn
154. İsgəndərov Səbuhi – Valideyn
155. İsayeva Cəmilə – Valideyn
156. Əkbərov Elman – Valideyn
157. Niftəliyeva Gülmirə – Valideyn
158. İbiyeva Aynurə – Valideyn
159. İbiyev Kamran – Valideyn
160. İsmayılova Zeynəb – Valideyn
161. Məmişov Natiq – Valideyn
162. Məmişova Aynurə – Valideyn
163. Gəncəliyeva Elnarə – Valideyn
164. Vəliyev Həsən – Valideyn
165. Vəliyeva Çinarə – Valideyn
166. Seyidəliyeva Fəridə – Valideyn
167. İldırımova Xəyalə – Valideyn
168. Rəfiyeva Gülnar – Valideyn
169. Əlihüseynova Aynurə – Valideyn
170. Hüseynova Kəmalə – Valideyn
171. Orucova Fəxriyyə – Valideyn
172. İldırımov Vüqar – Valideyn
173. İsmayılova Esmira – Valideyn
174. Zamanova Tərlan – Valideyn
175. Hüseynova Vəfa – Valideyn
176. Niftəliyeva İman qızı – Valideyn
177. Arzu Hacıyeva – Valideyn
178. Flora Əliyeva – Valideyn
179. Abdullayeva Raminə Alik qızı – Valideyn
180. Mirzəyeva Xatirə Qərib qızı – Valideyn
181. Rzayava Mafirət Cəmaləddin qızı – Valideyn
182. Həbibova Aynur Nüsrəddin qızı – Valideyn
183. Mirzəyeva Süsən Qarabala qızı – Valideyn
184. Nəsirov Ümid Elşən oğlu – Valideyn
185. Şirinova Vüsalə Ömərpaşa – Valideyn  
186. Səfərova Simusər Məmməgəli qızı – Valideyn  
187. Hacıbabayev Mahir Məmmədəli oğlu – Valideyn  
188. Talıbova Xatirə Məmmədşah – Valideyn 
189. Elmir Şirinov – Valideyn
190. İlham Şərifov – Valideyn
191. Xəlilov Firudin – Valideyn
192. Xəlilova Pərvanə – Valideyn
193. Balayeva Natəvan – Valideyn
194. Məmmədova Kifayət – Valideyn
195. Qurbanov Asif – Valideyn
196. Əlihüseynov İlham – Valideyn
197. Seyidquliyev Namiq – Valideyn
198. Seyidquliyeva İlhamə – Valideyn
199. Qurbanova Könül – Valideyn
200. Qurbanov Samir – Valideyn
201. Eyyubov Azər – Valideyn
202. Şəyəldiyev Qənahət – Valideyn
203. Rəfiyeva Gülnar – Valideyn
204. İsgəndərov Siruz – Valideyn
205. Qurbanova Yeganə – Valideyn
206. İsgəndərova Zəminə – Valideyn
207. Allahverdiyeva Vüsalə – Valideyn
208. İftixar Hüseynzadə – Masallı rayonu,Türkoba kəndi. Valideyn
209. Şirinova Aynurə – Valideyn
210. Şərifova Xəyalə – Valideyn
211. Cəfərov Şahin – Valideyn
212. Cəfərova Nuranə – Valideyn

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button