2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Təhsil naziri Basketbol Federasiyasının prezidenti seçilib

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Bu barədə Azərbaycan Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov da iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov bu qurumun son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb: “Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib”.

Azərbaycanda bir sıra nazirlər müxtəlif idman federasiyalarına rəhbərlik edirlər. Bu yaxınlarda İqtisadiyyat naziri Mikayıl Cabbarov da Güləş Federasiyasının prezidenti seçilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button