2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təhsil naziri yeni dərs ili ilə bağlı əmr verdi

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb.

24saat.org xəbər verir ki, əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.

Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin sentyabrın 15-nin şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.

Beş günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, altı günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-də başlaması sənəddə əks edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button