2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Təhsil Nazirliyinin məlumatları həqiqətə uyğun deyil”

Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Fərzəli Qədirov Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsili başa vurma səviyyəsi və I sinifdən V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisinin yüz faizə çatdığını deyib.
Fins.az-ın xəbərinə görə, aparat rəhbəri qeyd olunan istiqamətdə nəzərdə tutulan hədəflərə artıq nail olunduğunu bəyan edib. Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu isə sözügedən açıqlamanı birmənalı şəkildə müsbət qiymətləndirmir. Yəni təhsil sektorunda müsbət dəyişikliklər olsa da, problemlərin hamısı hələ də həll olunmayıb:
“Bu dəyişikliklərə əmək bazarında yer tutmağı, 1-ci sinfə qəbulu misal göstərmək olar. Lakin masştab baxımından təhsildə inkişafı müsbət dəyərləndirmək olmaz. Ölkədə təhsilin səviyyəsi, ümumtəhsil məktəblərində təhsil alanların sayı aşağıdır. Valideynlər sosial-iqtisadi həyat şəraitinin azlığı səbəbindən övladlarını orta və ali təhsildən kənarlaşdırır. Bundan başqa, orta məktəb direktorları icra hakimiyyəti başçısının rəyilə təyin olunurlar. Bu məsələ Təhsil Nazirliyi səviyyəsində qeyd olunub. Direktorlar icra başçılarının icazəsiylə təyin edilirsə, bundan sonra imtahandan keçirsə, deməli, onların təsiri altında da fəaliyyət göstərirlər. Bunun nəyi demokratik göstərici oldu?! Bütün bunlara diqqət edəndə, ölkədə təhsillə bağlı problemlərin yüz faiz həll olunduğunu demək həqiqətə uyğun deyil. Belə gəlişigözəl sözləri 10 ildir ki deyirlər. Amma reallığın acı mənzərəsi ortadadır”.

azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button