2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Təhsil sahəsinə bu sahə üzrə ixtisası və təcrübəsi olan şəxslər gətirilməlidir”

* * *

Sual: Elşən bəy, prezidentin sərəncamı ilə rayon təhsil şöbələri ləğv edildi. Bu addımı təhsilin inkişafı baxımından uğurlu addım hesab etmək olarmı?

Cavab: Öncə onu qeyd edim ki, “rayon təhsil şöbələrinin ləğv olundu” ifadəsi doğru deyil. Prezidentin də sərəncamında göstərilidiyi kimi təhsil sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Regional Təhsil İdarələri yaradıldı. Yeni strukturda rayon və ya şəhər təhsil idarələri yeni statusda Reginal Təhsil İdarəsinin rayon üzrə sektoru adı ilə fəaliyyət göstərəcəklər. İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı atılan istənilən addım müsbətyönlüdür. Bildiyiniz kimi Rayon Təhsil Şöbələrinin müdirləri  “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə Təhsil Nazirliyi ilə razılaşdırmaqla Rayon İcra Hakimiyyəti Başçıları tərəfindən təyin olunurdu. Yeni sərəncamdan sonra isə artıq təhsil sahəsində bütün vəzifəli şəxslər Təhsil Nazirliyi tərəfindən ( yəni bir mərkəzdən) təyin olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: Dediyiniz kimi, rayon təhsil şöbələri yerinə regional təhsil idarələri yaradıldı. İdarəetmə baxımından bu bir qədər çətin olmayacaq ki?

Cavab: Bildiyiniz kimi,  idarəetmə strukturları ilə bağlı islahatlar bir neçə ildir ki, davam edir. Hələ 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradılmalı idi, ancaq bu sərəncamın icrası müvəqqəti dayandırıldı. 1 yanvar 2016-cı ildən ölkədə 15 Ərazi Maliyyə Hesablaşma Mərkəzləri fəaliyyətə başladı.

Hazırda 12 regional idarənin yaradılması, düşünürəm təhsil səhəsinin bir mərkəzdən – dövlətin təhsil siyasətini həyata keçirən və buna cavabdeh olan Təhsil Nazirliyi tərəfindən idarə olunması vacib qərardır və əksinə indiyə qədər olan bir çox çətinlikləri ( xüsusi ilə yerli icra hakimiyyətləri ilə nazirlik arasında fikir ayrılıqlarını) aradan qaldıracaq.

 Sual: Sizin də bildiyiniz kimi, praktikada icra hakimiyyətlərinin razılığı olmadan hansısa məktəbə direktor təyin olunması və digər məsələlərlə bağlı qərar vermək  mümkünsüz idi. Sizcə, bu addımlar təhsil idarələrinin rayon icra hakimiyyətlərindən asılılığını azaldacaqmı? 

Cavab: Yerli icra hakimiyyəti orqanlarının son vaxtlar məktəb direktorlarının təyinatı ilə bağlı müdaxilələri , Direktorların İşə Qəbulu (DİQ)  müsabiqəsinin 2017-ci ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilməsindən sonra ildən-ildən azalmışdı. Amma kadr məsələləri ilə bağlı məsələlərdə Rayon Təhsil Şöbələrinin müdirlərinin birbaşa icra başçılarından asılı olması bir çox hallarda Ərazi Hesablaşma Maliyyə İdarələri (ƏHMİ)  və Təhsil nazirliyi ilə yerli icra hakimiyyətləri arasında fikir ayrılıqlarına səbəb olurdu. Bundan sonra rayon icra hakimiyyətlərinin təhsil sahəsində kadr məsələləri ilə bağlı hər hansı müdaxiləsi  aradan qaldırılır.

Sual: 2011-ci ildən icra hakimiyyətlərinin tabeliyinə verilmiş  dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıldı. Niyə nazirlikdən aldılar, sonra qaytardılar? Bunun nəticəsi nə olacaq? 

Cavab: 2011-ci ildən məktəbəqədər müəssələrinin yerli icra hakimiyyətlərinin tabeliyinə verilməsi təhsilin bu pilləsinə keçən 10 il ərzində böyük ziyan vurdu. İstər ümumi təhsil və peşə təhsili , istərsə də orta ixtisas ( kolleclər ) və ali təhsildə kifayət qədər problemlər var. Amma məktəbəqədər təhsildə isə vəziyyət bərbaddır. Baxmayaraq ki , 24 oktyabr 2013-cu il tarixində Prezidentin 13 saylı sərəncamı ilə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ında qarşıya qoyulmuş hədəf və tədbirlərdən biri də 2020-ci ilə qədər məktəbəqədər təhsilə cəlb olunacaq uşaqların əhatəliliyinin 90%-ə çatdırılması nəzərdə tutulurdu. Amma indiyə qədər biz yalnız 5 yaşlı ( məktəbəqədər təhsil Azərbaycan Respublikasında 1-6 yaşlı uşaqları əhatə edir ) uşaqları 90%-ə təhsilə cəlb edə bilmişik. Yəni təqribən 20%-ə qədərini.  Bu sahədə görülməli iş çoxdur. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin eyni zamanda məktəbəqədər təhsil müəssələrində də kadr, təchizat və digər məsələlərlə bağlı müdaxiləsi mümkün olmayacaq.

Nəticə olaraq təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri olan fasiləsizlik və vəhdətlilik təmin olunacaq. Təhsil müəssisələri vahid mərkəzdən idarə olunacaq.

Sual: Ümumiyyətlə təhsilin inkişafı üçün hansı addımlar atılmalıdır? Bu kimi struktur islahatları ilə hansısa irəliləyişə nail olmaq mümkündürmü? Yoxsa, kadr islahatları, təhsildə fundamental islahatlar aparmaq lazımdır? Sizin təklifləriniz nədən ibarətdir?

Cavab: İlk növbədə təhsil sahəsinin idarə olunması təhsil ilə bağlı ixtisası və təcrübəsi olan şəxslərə həvalə olunmalıdır. Çox təəssüflər ki, son illərdə belə bir tendensiya yaranıb, adam xaricdə təhsil alıbsa, fərqi yoxdur hansı istiqamət üzrə, aparıcı vəzifələrə təyin olunurlar, nəticədə kadrlar özlərinin belə anlayışı olmadıqları sahəni idarə etməli olurlar. Bu tendensiya digər dövlət qurumlarında da var, təhsildə lap çoxdur.Təhsil sahəsinə birbaşa təhsil sahəsi üzrə təhsil və təcrübəsi olan şəxslər gətirilməlidir. Təhsil sahəsində kadr təyinatında şəbəkələşmə amili aradan qaldırılmalıdır.Yəni kadrlar, sinif yoldaşı , tələbə yoldaşı , qohum və ya tanışlıqla deyil, peşəkarlıq və işgüzar keyfiyyətlərinə, peşə fəaliyyəti zamanı uğurlu nəticələrinə görə gətirilməlidir.

Struktur islahatları idarəetmənin təkmilləşdirilməsi üçündür. Keyfiyyətin artırılması üçün isə, dediyim kimi təhsili bilən, bu sahədə təhsili və təcrübəli olan kadrlar irəli çəkilməlidir. Təkliflərimlə bağlı dəfələrlə çıxışlar etmişik, amma təəssüf ki, indi təklifləri heç kim dinləmək istəmir. Bütün diqqət ona yönəlib ki , müxtəlif layihələr keçirmək adı ilə külli miqdarda vəsaitlər boş yerə sovrulur. Bu sahəyə dövlət nəzarəti ya zəifdir, ya da dövlətin xoş məramından ciddi sürətdə süi-istifadə edilir. 

Ölkədə təhsilin bütün pillələri üzrə struktur və məzmun islahatları, sözün əsl mənasında islahat aparılmalıdır. Hüquqi-normativ baza yaradılmalı, bütün fəaliyyətlər qanunlar və qaydalar çərçivəsində həyata keçirilməlidir. Bunu isə istəyən olmalıdır. Kosmetik dəyişiliklər heç vaxt islahat effekti verə bilməz. Mütəxəssislərə qapılar açıq olmalıdır. İnanaq ki , yeni ildə  bu belə də olacaq.

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button