2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Təhsil şöbəsi şagirdlərin döyülməsi ilə bağlı iddiaya cavab verdi – FOTOFAKT

Görüntüdə müəllimin şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür. Məlumat bildirilib ki, şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur.

Tovuz Rayon Təhsil Şöbəsindən “Bizim Yol”a verilən məlumata görə, Qalaboyun kənd tam orta məktəbi şagirdləri və məktəbin direktorunun Təhsil Şöbəsinə verdiyi izahatında qeyd ediblər ki, həmin videogörüntü sözügedən məktəbdə çəkilməyib.
“Həmin kadrlarda göstərilən hərbi kabinet bizim məktəbdə yoxdur. Müəllimdən və şagirdlərdən alınan izahatlarda onlar bu hadisənin  tamamilə təkzib ediblər”,-deyə Qalaboyun kənd tam orta məktəbin direktorunun izahatında bildirilib.
Həmin məktəbin hərbi rəhbəri Möhsüm Sadıqov da izahatında bildirib ki, şagirdlərin onun tərəfindən döyülməsi haqqında yayılan kadrlar həqiqətə uyğun deyil: “Mən heç vaxt şagirdləri döyməmişəm. Kadrlarda göstərilən hərbi kabinet və şagirdlər bizim məktəbdə yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button