2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Təkliflər Nazirlər Kabinetinə göndərilib

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Vergilər Nazirliyi ilə birgə investisiyaların təşviqi və dəstəklənməsi üzrə təkliflər paketi hazırlayıb.

«Trend»in xəbərinə görə, bunu DGK sədri Aydın Əliyev Sahibkarlar Gününün təsis edilməsinə həsr olunmuş konfransda deyib.

Aydın Əliyev qeyd edib ki, təkliflərin hazırlanmasında digər nazirliklərin nümayəndələri də iştirak ediblər. Təkliflər baxılması üçün artıq Nazirlər Kabinetinə təqdim olunub.

Saytların yığılması Saytlarin yigilmasi

A.Əliyevin deməsinə görə, sənəddə gömrük rüsumları və vergi siyasətinə yenidən baxılıb. Ancaq o, təkliflərin detalları ilə bağlı açıqlama verməyib.

Prezident İlham Əliyev aprelin 18-də investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman vermişdi. Fərmanda Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinə də bir sıra vəzifələr tapşırılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button