2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Tələbə yoldaşlarına səsləndi: Naxçıvana gəlməyin, Türkiyədə qalın

Vəziyyəti videoya çəkən tələbələri polis aparıb, bir nəfərin döyüldüyü deyilir

Naxçıvandakı Duzdağı sanatoriyasında saxlanılan tələbələrdən ikisini polis aparıb. Onların 3 gündür harada saxlanılması barədə heç bir məlumat yoxdur.

Bu barədə Meydan TV-yə Duzdağı sanatoriyasının mağarasında saxlanılan tələbələr məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onların sözlərinə görə, polislər oradakı vəziyyəti videoya çəkən Hüseyn Novruzovla Eltac Kərimovu qandallayaraq harasa aparıblar.

Martın 26-da Türkiyədən Naxçıvana gələn tələbələrdən biri isə Meydan TV-yə deyib ki, onları incidirlər:

“Gəlməyimizə peşman olmuşuq. Bizi hərbi hissəyə gətiriblər. Yoxlamadan hamını bir yerə yığıblar. Nə yemək verirlər, nə də tualetə getməyə qoyurlar. Gün ərzində 20 nəfərlik qrupla buraxırlar çıxıb 5-10 dəqiqə hava alırıq, vəssalam”.

Tələbə Meydan TV vasitəsilə Türkiyədəki yoldaşlarına səslənib:

“Naxçıvana gəlib bu problemi yaşamaqdansa, orada qalsınlar. Naxçıvandakı şərait virusa yoluxmaq ehtimalını artırır”.

Başqa bir məlumatda isə deyilir ki, Daxili Qoşunların hərbi hissəsində karantinə alınan tələbələr dünən bərbad şəraitə görə etiraz edib. Vəziyyəti çəkib paylaşan Ümid adlı tələbə isə zirzəmiyə salınaraq dubinka ilə döyülüb, ancaq qusandan sonra işgəncə dayanıb.

“Ümid digər yoldaşları ilə görüşdürülmür. Deyilir ki, fiziki vəziyyəti çox pisdir və xəbərin yayılmasını istəmədikləri üçün onu gizlədirlər.

Ümidlə maraqlanmaq istəyən Şəlalə adlı bir tələbə qızı qaranlıq, soyuq bir otağa kilidləyiblər, bir müddət saxlayandan sonra çıxarıblar və təhdid edib buraxıblar. Rəis Şəlaləyə deyib ki, biz Ümidi döymədik, sadəcə silkələdik. Sən Ümidi görsən, soruşarsan ki, döyülüb, ya yox.

Hərbi hissədə işıqlar yanmır, hamı kütləvi formada saxlanılır, normal yemək, normal ayaqyolu şəraiti və s. yoxdur”, – sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir.

Məsələyə Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən və Nazirlər Kabineti yanında Operativ Qərargahdan heç bir reaksiya verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button