2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Təngivanlıların deputata məxsus karxana ilə problemi bitmir

Yayımlandı: 26 Fevral 2023 21:22

Yerli sakinlər deyirlər ki, çayın ərazisindən daş-çınqıl daşınması səbəbindən çuxurlar əmələ gəlib, yaxınlıqdakı evlər üçün təhlükə yaranıb

“Lənkaranin Təngivan kəndindəki daş karxanasının fəaliyyəti ilə tanış olduq. Həm kənd, həm də kəndlilər acınacaqlı vəziyyətdədilər. Kəndlilər örüş torpaqlarını, pay torpaqlarını, bağlarını itiriblər. Artezian quyularının bir hissəsi quruyub”. 

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə “Ecofront” təşkilatından bildiriblər. 

Kənddəki karxananın fəaliyyəti ilə bağlı artıq bir neçə ildir, müraciətlər səsləndirilir .  Yerli sakinlər deyirlər ki, çayın ərazisindən daş-çınqıl daşınması səbəbindən çuxurlar əmələ gəlib, yaxınlıqdakı evlər üçün təhlükə yaranıb.

Təngivan kəndi Lənkəran-Lerik şose yolunda, Lənkəran şəhərindən 17 kilometr məsafədə yerləşir. Sakinlər əsasən taxılçılıq, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik ilə məşğul olurlar. 

“Ecofront” təşkilatından onu da deyiblər ki, karxananın fəaliyyəti səbəbindən çay yatağında ekoloji vəziyyət yaxşı deyil. Hektarlarla ərazidə meşəcinsli ağaclar ekskavatorlarla götürülüb. Karxananın fəaliyyəti nəticəsində çay suyu mütəmadi lillənir. İddia olunur ki, karxananın tullantıları çaya tökülür. 

Karxana “Kaspi Yıldız” MMC-yə məxsusdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə bu şirkəti məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Karxana isə 2011-ci ildən fəaliyyət göstərir. 

İqbal Məmmədovun Lerikin Piran kəndində fəaliyyət göstərən iri quşçuluq təsərrüfatının da olduğu deyilir. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

Təngivan kəndinin inzibati ərazisinə daxil olduğu Rvo kənd Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, karxana ilə pay torpaqları arasında məsafə uzundur və karxananın pay torpaqlarına təsiri mümkün deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, kənd sakinlərinin nazirliyə daxil olmuş müraciətləri əsasında araşdırma aparılıb. Bəlli olub ki, kənddə yerləşən qum-çınqıl hasilatı ilə məşğul olan müəssisəyə məxsus ərazidən qanunsuz olaraq qum-çıngıl qarışığının hasılatı, o cümlədən yalanqoz cinsli ağaçların məhv edilməsi nəticəsində təbiətə böyük ziyan dəyib. İş Baş Prokurorluğa göndərilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button