2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

'Tərtər işi' ilə bağlı 19 nəfər azadlığa buraxılıb

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı dekabrın 6-da yeni məlumat yayıb. Məlumatda vurğulanır ki, yeni açılmış hallarla bağlı Ali Məhkəmənin bu yaxınlarda yenidən baxdığı, əvvəlki qərarların ləğv edilərək müvafiq məhkəmələrə göndərilən 19 şəxslə bağlı işlər prokurora qaytarılıb. Açıqlamaya görə, onların dövlətə xəyanət ittihamı üzrə təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib: “Barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar”.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, istintaqla mərhum Mehman Hüseynov və Elxan Ağazadəyə təqsirləri sübuta yetirilmədiyindən bəraət verilib. İstintaqın davam edir.

Hələlik, bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Saxlanan hərbi qulluqçuların yaxınlarının vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) beşinə sonradan (istintaq yenilənənə qədər) bəraət verilmişdi.

“Tərtər işi” üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncə ittihamı ilə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil.

İstintaq təzələnəndən sonra zərərçəkmişlərin sayı da artıb. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən, lakin əvvəlki dövrdə şikayətçi olmayan, yaxud da şikayətçi olsa da, zərərçəkmiş qismində tanınmayan şəxslər də istintaqa cəlb edilib. Beləliklə, zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button