2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Tərtər işi” ilə bağlı azadlığa buraxılan 19 nəfərin adları – SİYAHI

“Tərtər işi” ilə bağlı barələrindəki həbs qətimkan tədbiri ləğv olunaraq azadlığa buraxılan 19 nəfərin adları məlum olub.

APA həmin şəxslərin siyahısını təqdim edib:

1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri

Saytların yığılması Saytlarin yigilmasi

2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri

3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri

4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri

5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.

6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.

7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k.

8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi rayonu Sarıcalı k.

9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri

10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər rayonu Qapanlı k.

11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı rayonu Eyyubbəyli k.

12. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax rayonu Ürkməzli k.

13. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k.

14. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər rayonu Ağkənd k.

15. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri

16. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri

17. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri

18. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran rayonu Balaşürük k.

19. Əsgər Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz rayonu Bostançı k.

*******

Əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazid əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində  həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

24 saat” ““Tərtər işi” ilə bağlı azadlığa buraxılan 19 nəfərin adları – SİYAHI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button