2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Tərtər işi’ ilə bağlı komitə yaradılıb

“Tərtər işi” ilə bağlı “Tərtərdə Hüquqi Özbaşınalıq Qurbanlarının Hüquqlarını Müdafiə Komitəsi” yaradılıb.

Komitənin sədri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunis, həmsədri isə “Tərtər işi”nə görə mühakimə olunmuş Emil Əliyevin atası Nəsir Əliyev seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Komitədən AzadlıqRadiosuna verilən məlumata görə, qurumun məqsədi bu iş üzrə həbs olunanların hamısının azadlığa buraxılması, işgəncələr altında ölənlərin hüquqlarının qorunması, həmçinin, amansız repressiyalarda günahkar olan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsidir.

Komitə virtual konfranslar keçirməyi, işi beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri, ATƏT, Avropa Birliyi və ABŞ Dövlət Departamenti ilə əlaqələndirməyi planlaşdırır.

Komitənin yaranmasına, hələlik, rəsmi qurumlar münasibət bildirməyiblər. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, ictimaiyyətə açıqlamalarında istintaq altında insanlara işgəncə verilməsi ilə bağlı iddiaları qəbul etmirlər.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yaymışdılar. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirirdilər. Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində həlak olduğu ilə bağlı iddialar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyiblər. Məhkəmə prosesləri də, əsasən, qapalı keçirilib. Bəzi hüquq müdafiəçiləri isə iddia edirdi ki, bu iş üzrə istintaq zamanı azı səkkiz şübhəli şəxsin işgəncə nəticəsində öldürülməsinə dair məlumatlar var. Həbs edilənlərin doğmaları isə bildirir ki, sonradan təkrar istintaq zamanı öldürülənlərdən dörd nəfərə bəraət verilib. Onların iddialarına görə, işgəncədə iştirak edənlərdən də məhkəmə qaydasında cəzalandırılanlar var. Habelə, valideynlərin bildirməsinə görə, bəzi hərbi qulluqçulara da ittihamlar üzrə 5 ildən 20 ilə qədər həbs cəzaları verilib.

24 saat” “’Tərtər işi’ ilə bağlı komitə yaradılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button