2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Tərtər işi”: “Onlar 1 yaş yarımlıq övladımın kürəyinə ayaq qoymuş insanlardır”

Valideynlər Baş Prokurorluq qarşısında etiraz ediblər

“Tərtər işi” üzrə həbs edilən hərbçilərin valideynləri və yaxınları Baş Prokurorluq qarşısında etiraz edir.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar iş üzrə ədalətli istintaq araşdırması tələb edirlər.

20 il həbs cəzası alan və vətənə xəyanətdə ittiham edilən Faiq Əhmədovun atası Əlibəy Əhmədov bildirir ki, bura haqqını tələb etməyə gəlib.

Onun sözlərinə görə, oğlunu şərləyib həbs ediblər. Səbəb isə 2016-cı ilin “Aprel döyüşləri”ndə fəal iştirakıdır: “Təkcə mənim oğlumu yox, başqa aktiv iştirak edənləri də şərləyib həbs ediblər. Bütün uşaqlar siyahı ilə tutulub”.

O əlavə edib ki, oğlu 2014-cü ildə erməni kəşfiyyatçı Arsen Bagdasyanı tutub. Lakin Arsenə 15, onun oğluna isə 20 il həbs cəzası verilib:

“Oğlum torpağı, vətəni qoruyub. Arsen isə kəşfiyyata gəlmişdi. Əsas kimi oğlumun ilkin ifadəsini göstərirlər. Lakin mən bilirəm ki, həbs edilənlərdən həmin izahatlar təhdid altında, işgəncə ilə alınıb. Ailəsi, nişanlısı, anası, bacısı ilə təhdid edilib, döyülüblər. İşgəncə altında verilən izahat açıq məhkəmədə etiraf edilmirsə, keçərsiz olmalıdır. Amma bizimkilər məhz həmin ilkin izahatları əllərində bayraq ediblər”.

Valideyn bildirir ki, istintaq gedişatında nə qanuna, nə də konstitusiyaya əsaslanıblar.

“Tərtər işi”ndə zərərçəkmiş, ehtiyatda olan hərbçi Sevinc İsgəndərova deyir ki, uzun müddət baş verənlər barəsində susub. Səbəb isə ailəsi və uşaqları ilə təhdid edilməsi olub:

“Artıq hər şeyi danışmağın vaxtı çatıb. Mən 5 gün ərzində qaranlıq otaqda əlim-qolum bağlı işgəncə görmüşəm. Həyat yoldaşım Təbriz Babazadə isə məndən də ağır işgəncələrə məruz qalıb, bu gün də xəstəxanadadır və vəziyyəti çox ağırdır”.

Deyir ki, işgəncələrdən sonra həyat yoldaşı Təbriz Babazadə 2 ay komada qalıb:

“Hazırda da vəziyyəti ağırdır və ailə üzvlərini tanımır. Bədəninin zərbə almış hissələri göyərib, yaralarla doludur. Bir sözlə, vəziyyəti ağırdır. “Tərtər işi” elə bir qətliamdır ki, orada baş verənləri ailələrimizdən illərlə gizlətmişik. Günahsız insanlara zülm veriblər, üstəlik, adlarına da “vətən xaini” deyiblər. Hamımız vaxtında medallarla, təşəkkürnamələrlə təltif olunmuşuq. Nədir bizim günahımız, vətəni sevmək? Bizim başımızda, hərbidə erməniyə sitayiş edənlər var”.

Sevinc İsgəndərova yaşadığı işgəncədən də danışıb. Dediyinə görə, 5 polkovnik onu əlləri bağlı vəziyyətdə dəfələrlə yuxarı qaldırıb yerə çırpıb, təpikləyiblər:

“1 yaş yarımlıq övladımı diz çökdürüb, kürəyinə ayaq qoymuş insanlardır. O uşaq nə qanırdı ki, ona bu travmaları yaşatdılar? Çıxanda bizi hədələyirdilər ki, burada baş verənləri bir yerdə desəniz, sizin başınıza oyun açarıq. Bütün susan hərbçilər buna görə – uşaqlarına, ailələrinə görə susublar”.

Hərbçinin fikrincə, Azərbaycanın sərhədlərində o qədər boşluq olmayıb ki, hansısa hərbçilər asanlıqla qarşı tərəfə keçib, onlara informasiya ötürsün və başqa sövdələşmələrə getsin:

“Bizim keçidlərimiz o qədər asan idi ki, o postları bu qədər hərbçi asanlıqla keçib? Onları necə erməniyə işləməkdə suçlayıblar? Azərbaycan hərbisi bu qədər yiyəsizlik olub? Necə olub bunu heç kim görməyib? Korpus komandiri hara baxıb? Bu boyda şeyi görə bilməyibsə, bəs onda niyə yarğılanmayıb? Niyə günahkarlar bu gün də həbs edilməyib? Günahsız insanlar isə həbsdədir”.

İsgəndərova deyir ki, yoldaşı Təbriz Babazadə bu gün də xəstəxanadadır. Üzərinə qoyulmuş “vətən xaini” adı götürülmədiyindən ruh halı normal deyil və o, 2 dəfə intihara cəhd edib:

“Yenə də “vətən xaini” adını üstündən götürmürlər. 5 ildir ki, süni qida ilə, bərbad halda xəstəxanada yaşayır. Ruh halı bərbad, fiziki durumu ağır, çox pis vəziyyətdədir. Biz istintaqın gedişindən narazıyıq. Ölənlərə şəhid adı verilməlidir, həbsdəkilər azadlığa buraxılmalı, günahsız insanların üstündən “vətən xaini” adı götürülməlidir”.

Ömürlük həbs edilən Elşən Qasımovun anası Ofelya Qasımova da istintaqın gedişindən narazıdır. Dediyinə görə, oğluna çox ağır cəzalar verilib, işgəncə görüb:

Ömürlük həbs edilən Elşən Qasımovun anası Ofelya Qasımova da istintaqın gedişindən narazıdır. Dediyinə görə, oğluna çox ağır cəzalar verilib, işgəncə görüb:

“Hazırda onun ayaqları işləmir, ciyəri, böyrəyi çöküb, qan qusur. Bu qədər ədalətsizlik olar? Onu döyənlər bu gün də həbs edilməyib. Uşaqlar vətən uğrunda canını qurban verib, amma yenə də türmədə çürüyürlər. İstəyirəm oğluma və digərlərinə işgəncə verənlər həbs edilsin. Oğlum aprel döyüşündə can qoyub. Bu da təşəkkürləridir – adını “vətən xaini” qoyublar. Mənim balama ömürlük həbs niyə verilib? Nə əsasla?”

Ana əlavə edib ki, ədalətli araşdırma aparılmalıdır:

“Əgər oğlumun hər hansı günahı varsa, türmədə çürüməsinə razıyam. Yox, günahı yoxdursa, o zaman azad edilməlidir. Tələb edirəm ki, istintaq ədalətli aparılsın. 5 ildir ki, döymədiyim qapı qalmayıb, çox yorulmuşam”.

Həbsdə olan hərbçi Elçin Quliyevin anası Validə Mahmudova bildirir ki, onun oğlu da işgəncə görüb və bu durumda ondan izahat alınıb, onun əsasında həbs edilib:

“Döyüblər, ağır işgəncələr veriblər. Onlar işgəncələr altında 14 nəfəri öldürüblər. Biz ölüm halının daha çox olduğunu bilirik. Hələlik ortaya çıxanlar, danışanlar bunlardır”.

O bildirir ki, istintaqın nəticəsi onu qane etmir, artıq hər hansı ədalət də gözləmir:

“İstintaq bizi qane etmir, haqqımız bərpa olunmur. 12-17 il ömrünü hərbiyə həsr edən insanlar işgəncələrlə, şərlənib həbs edilib. İstintaq ədalətli aparılmır. Biz 5 ildir süründürülürük, heç bir nəticə yoxdur. Süründürməçilik davam edir, hələ də aldanırıq”.

Həbs edilənlərin yaxınlar istintaqın gedişindən narazıdır.

Onlar istintaq prosesi ilə bağlı məlumat ala bilmədiklərindən şikayətçidir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button