2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Tərtər işi" yenidən araşdırılacaq?

Bakı/17.12.21 Baş Prokurorluğun mətbuat xidməti “Tərtər işi”nin təkrar araşdırılması üçün xüsusi istintaq qrupunun formalaşdırılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları şərh etmir.

İctimaiyyətdə böyük rezonans və narazılığa səbəb olan bu qalmaqallı iş beynəlxalq qurumlar tərəfindən ciddi tənqidlərə səbəb olub.

Azərbaycan hakimiyyəti uzun müddət baş verənlərə məhəl qoymayıb, lakin zərərçəkənlərin, onların ailələrinin və hüquq müdafiəçilərinin günahkarların cəzalandırılması və günahsız zərərçəkənlərə bəraət verilməsi tələbilə səsləri getdikcə daha da yüksəlir.

Saytların yığılması Saytlarin yigilmasi

*2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri Ermənistan xüsusi xidmətinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçu və mülki şəxsin saxlandığını bildiriblər.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.  Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 11 şübhəli işgəncələrdən ölüb. Sonradan dörd mərhuma bəraət verilib,  onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif  müddətə azadlıqdan məhrum ediliblər.

**Bu ilin iyununda Avropa Şurası Parlament Assambleyasının 24 üzvü “Tərtər işi” kontekstində Azərbaycanda işgəncələrin araşdırılması və bu məqsədlə assambleyanın məruzəçisinin təyin edilməsi təşəbbüsü ilə çıxış edib.

1551 saylı müvafiq sənəd iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının saytında dərc edilib. Araşdırmanın təşəbbüsçüsü italiyalı senator Robert Rampidir.

Sənəd müəllifləri 200-dən artıq hərbçinin qurban sayıldığı (11 nəfər ölüb) “Tərtər işi”ndə miqyaslı işgəncələr faktının araşdırılmasının zəruriliyini qeyd ediblər.

İyirmi beş nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum edilib-0

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button