2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Tərtər işi”ndə dövlətə xəyanət ittihamıyla həbs olunanların hökmləri ləğv edildi

Yayımlandı: 2 Noyabr 2022 18:25

Məhkəmə bu işləri yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərib

“Tərtər işi” üzrə həbs olunub, dövlətə xəyanət və başqa ağır ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilən şəxslərdən 19-nun işi üzrə apelyasiya və kassasiya instansiyalarının qərarları bir müddət əvvəl ləğv edilərək, təkrar araşdırma üçün apelyasiya məhkəməsinə qaytarılmışdı. Noyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsində həmin işlərə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müxtəlif rütbələrdə xidmət etmiş 19 hərbi qulluqçunun işi üç qrupa ayrılıb. Onlardan 11 nəfərlik qrupun işinə Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Sözügedən 11 nəfər haqqında Tərtər hərbi Məhkəməsində çıxarılmış uzunmüddətli həbs hökmləri ləğv edilib.

Barəsində ittiham hökmü ləğv edilən 11 nəfər bunlardır: Rauf Orucov, Sultan Zeydullayev, Emin Adilzadə, Natiq Əliyev, Əlizamin Quliyev, Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Atabəy Rəhimov, Mirpaşa Mehdiyev və Faiq Əhmədov.

Məhkəmə bu işləri yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərib. Lakin bu dəfə birinci instansiya məhkəməsi olaraq, Tərtər Hərbi Məhkəməsi yox, Gəncə Hərbi Məhkəməsinə göndərilməsinə qərar verilib. Hakimlər bunu işin ağırlığıyla izah edib.

Qanuna görə, şəxsin barəsində ittiham hökmü qüvvəyə minirsə, o artıq məhkum sayılır. Bu şəxslər haqqında hökm ləğv edildiyinə görə onların məhkum statusuna da xitam verilib. Onlar hazırda təqsirləndirilən şəxs sayılırlar.

Məhkəmədə vəkil Zabil Qəhrəmanov vəsatət qaldırıb ki, təqsirləndirilən şəxslər həbsdən buraxılsın, məhkəmənin yekun hökmü məlum olana qədər onların barəsində alternativ növdə (başqa yerə getməməyə dair iltizam, polis nəzarətinə vermə və s.) qətimkan tədbiri seçilsin. Lakin hakimlər bu vəsatəti təmin etməyib.

Vəkilin daha bir vəsatəti isə bu 11 nəfər haqqında istintaqı aparmış, sonradan onların barəsində ittiham hökmü çıxarmış şəxslərin məsuliyyətə cəlb edilməsi haqda olub. Vəkil bildirib ki, bu şəxslər beş ildir saxta ittihamlarla həbsdə saxlanılıb, əzab çəkib. Zabil Qəhrəmanov həmin şəxslərin haqqında xüsusi qərar çıxarılmasını istəyib. Lakin onun bu vəsatəti də təmin edilməyib.

Gəncə Apelyasiya Məhkəməsində qalan 8 nəfərin işi üzrə məhkəmə prosesi davam edir.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra həmin hadisələr zamanı həbs olunan şəxslərdən 26 nəfərə bəraət verilib.

Dövlətə xəyanət ittihamıyla uzunmüddətli həbsə məhkum edilən şəxslərin barəsindəki hökm və qərarlar hələ bir neçə il əvvəl Ali Məhkəmədə qüvvədə saxlanmışdı. Lakin icraat yenilənəndən sonra Baş prokuror Ali Məhkəmənin Plenumuna məktub göndərib. Yeni açılmış hallar əsasıyla sentyabrın 30-da Ali Məhkəmənin qərarı ləğv edilib və işlər yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu iş üzrə icraat yenilənəndən sonra aralarında general və polkovniklər də olmaqla, 12-dən çox adam “Tərtər işi”ndə işgəncə vermək ittihamıyla həbs edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button