2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Tərtər işi”nin fiqurantlarının ailə üzvlərinin aksiyası

“Tərtər işi” üzrə həbs edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri cümə axşamı Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onlar dəfələrlə qeyri-obyektiv istintaq və məhkəmələr, ailə üzvlərinin əsassız təqibi ilə bağlı şikayətlə müraciət ediblər. Amma hələ də öz müraciətlərinə cavab almayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Polis aksiya iştirakçılarını Prezident Administrasiyasının binasından uzaqlaşdırıb, bundan sonra etirazçılar M.F.Axundov bağında aksiya keçiriblər. Onlar məhkumların bəraət verilərək azad edilməsini, istintaqda həlak olanlara ölümdən sonra bəraət verilməsini və onlara şəhid statusu verilməsini tələb ediblər.

  • 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə hərbiçilərdən və mülki şəxslərdən ibarət qrupun saxlanıldığını bildiriblər.

Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button