2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tərtər qurbanlarının yaxınları hərbi hissəyə yürüş etdi VİDEO

“Kim erməniyə güllə atıb, tutub məhv eləyiblər”

Tərtər hadisələri ilə bağlı övladları həbs edilmiş və qətlə yetirilmiş bir qrup valideyn bu gün Bərdədə Müdafiə nazirliyinə məxsus hərbi korpusun qarşısında etiraz aksiyası keçiriblər. Valideynlər öldürülmüş, həbs olunmuş övladlarının və həyat yoldaşlarının şəkili olan köynək geyərək aksiyaya çıxıblar. Onlar baş vermiş cinayət hadisəsi ilə bağlı ədalətli ölçü götürülməsini, hərbçilərin işgəncə altında qətlə yetirilməsində iştirak edən Müdafiə nazirliyi əməkdaşlarının layiqli cəzalandırılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.

Valideynlər günahsız hərbçilərin öldürülməsində və həbs edilməsində iştirak edən hərbi korpusun komandiri general Hikmət Həsənovun və digərlərinin vəzifədən kənarlaşdırılmasını və həbs edilməsini tələb ediblər. Aksiya yerinə polis cəlb olunub və bəzi valideynlərin səhəti pisləşib.

Xatıraladaq ki, Tərtər hadisələri ilə bağlı 2017- ci ilin may ayında ən azından 9 hərbçimiz Bərdədə yerləşən hərbi korpusun vəzifəli şəxsləri tərəfindən xüsusi qəddarlıq və ağır işgəncələr altında qətlə yetirilib ki, onlardan 5- i ölümündən sonra bəraət alıb. Hazırda 25 nəfər hərbçi həbsdədir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button