2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Təsbeh sındırmaqda ittiham olunan gənclərə hökm oxundu

Onlar məhkəmə zalında həbs olunublar

Metronun “İçərişəhər” stansiyasının qarşısında yerləşən, Hacı Zeynalabdin Tağıyevin heykəlinin təsbeh hissəsini sındırmaqda ittiham olunan iki nəfərin məhkəməsi yekunlaşıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onlara hökm oxunub.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Azər Tağıyevin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxslərdən 31 yaşlı Vüqar Tağızadə 1 il 6 ay, 26 yaşlı Allahverdi Məmmədli isə 1 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə təqsirli bilinib.

Təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə azadlıqda idi. Onlar hökm elan ediləndən dərhal sonra məhkəmə zalında həbs olunublar.

Bu ilin yanvar ayında sosial mediada Hacı Zeynalabdin Tağıyevin yeni ucaldılan heykəlinin sındırılması haqda görüntülər yayılmışdı. Bundan dərhal sonra adları çəkilən şəxslər məsuliyyətə cəlb edildi.
Hadisədən az sonra heykəlin sındırılan hissəsi bərpa edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button