2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Təyyarə taksilərinin Bakıya uçuş qiyməti – FOTOLAR

Gürcüstanın “Adjara Group Hospitality” şirkətinin yenicə istifadəyə verdiyi təyyarə taksilərinin Bakıya uçuş qiyməti açıqlanıb.

 

Şirkətdən seyyah.az-a verilən məlumata görə, təyyarə taksilərlə Tiflisdən Bakıya və geriyə (yəni iki tərəfə) uçuş qiyməti 6930 dollar təşkil edir. Tiflisdən Bakıya bir tərəfli uçuş da bu qiymətə başa gələcək, çünki istənilən halda təyyarə Tiflisə qayıtmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Təyyarə taksi ilə Tiflisdən İstanbula və geriyə uçuş isə 11200 dollar təşkil edir.

Bu qiymətə təyyarə taksinin təyinat yerində beş saat gözləməsi də daxildir. Yəni sərnişin getdiyi yerdə işini beş saat ərzində bitirərsə, həmin təyyarə ilə geri qayıda bilər. Ləngimə beş saatdan artıq olarsa, əlavə ödəniş tələb olunacaq.

Bundan əlavə aeroportdakı qarşılanma xidməti xərcləri də ödənilməlidir – adambaşına 150 dollar.

Bakıya uçuş üçün iki həftə, İstanbula isə 2-3 gün əvvəl sifarış verilməlidir.

Qeyd edək ki, “Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli hava limanına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə beş nəfər sərnişin üçün nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button