2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Təyyarədə yaşadıqlarım Vietnam müharibəsindən daha pis…”

ABŞ-da bir “United Airlines” təyyarəsindən döyülərək çıxarılan Vietnam kökənli ABŞ vətəndaşı Dr. David Daonun vəkilləri müvəkkillərinin yaşadıqlarının “Vyetnam müharibəsi zamanı yaşadıqlarından daha pis” olduğunu söyləyib.
“United Airlines” işçilərinə yer açmaq üçün döyülərək təyyarədən atılan Daonun döyüldüyü zaman iki dişini itirdiyini və çənəsinin qırıldığını açıqlayan vəkillər onun şikayətçi olacağını bildirib.
69 yaşlı Daonun qızı Crystal Dao Pepper Çikaqoda təşkil etdiyi mətbuat konfransında atasının məruz qaldığı rəftardan iyrəndiyini açıqlayıb.
Hava yolu işçilərinin öz əməkdaşlarına yer vermək üçün təyyarədən enməyi tələb etdikləri Dao bunu rədd etmiş, təcili ziyarətinə uçduğu xəstələri olduğunu söyləmişdi. Bundan sonra hava yolu işçiləri təhlükəsizlik işçilərini çağırmış və Daonu şüurunu itirənə qədər döyüb təyyarədən endirtmişdi.
Daonun vəkili Thomas Demetrio bir mətbuat konfransı təşkil edərək, “Dao 1975-ci ildə Vyetnamda Saygonun düşməsinin ardından bir botla çayı aşarkən qorxunc şeylər yaşamışdı. “United” təyyarəsində yaşadıqlarının isə bundan daha pis olduğunu söyləyir” deyib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button