2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Təzəxan Mirələmli polisə aparılıb

SONY DSC

“Azadlıq” qəzetin jurnalisti Təzəxan Mirələmli evdən polis tərəfindən aparılıb.

Bu barədə məlumat verən Mirələmlinin yaxınları bildirib ki, jurnalist dünən, aprelin 3-də sosial şəbəkədə yazdığı statusa görə Bakı Şəhər Baş Polis İdarəsinə aparıldı. “Bir az olar evimizə polis gəlib atamı Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Aralarında olan söhbətdən başa düşdüm ki, yazdığı statusa görə aparıblar. Başqa bir şey demədilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələdən xəbəri yoxdur.

Martın əvvəlində “Azadlıq” qəzetinin müxbiri Təzəxan Mirəmliyə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açıldı.

Ona qarşı cinayət işini özünü videobloqer kimi təqdim edən Ata Abdullayev tərəfindən verilmiş şikayəti əsasında açılıb. 

Turan

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button