2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Təzyiqi davam etdirmək lazımdır, amma…”

Laçın dəhlizində, Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti məsuliyyəti zonasında Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin etiraz aksiyası davam edir. Və hələ ki, Rusiya tərəfi etirazçıların tələblərini yerinə yetirməyib.

Məlum olduğu kimi, dekabrın 3-də və 7-də Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycanın müxtəlif strukturlarının nümayəndələri arasında danışıqlar aparılıb. Tərəflər belə bir qərara gəliblər ki, dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlak Xidməti və “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycanda faydalı qazıntı yataqlarının qanunsuz istismarı faktlarının yoxlanılmasına başlaya biləcəklər. Əsas tədqiqat obyektləri Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağıdır.

Amma dekabrın 10-da Azərbaycan nümayəndələri bu ərazilərə, ümumiyyətlə, baş çəkə bilməyiblər. Onların yolunu aqressiv əhval-ruhiyyəli naməlum erməni dəstələri kəsib, sülhməramlılar isə həmin dəstənin ərazini tərk etməsi üçün heç bir iş görməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Moskvaya müvafiq nota təqdim edib, daha sonra Laçın dəhlizinin Şuşa hissəsində azərbaycanlı ictimai fəalların etiraz aksiyası başlayıb.

Paralel olaraq, sülhməramlılar etirazçıların qarşısında maneələr quraraq, onların Xankəndi istiqamətində hərəkət etməsinə mane olublar.

Sonra aksiya iştirakçıları sülhməramlıların qarşısında əlavə tələblər irəli sürüblər:

– Ermənistanla dövlət sərhədində – Laçın dəhlizinin girişində Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək sərhəd-keçid məntəqəsi quraşdırılmalıdır.

– Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Rusiya-Azərbaycan birgə patrulu həyata keçirilməlidir.

– Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilməlidir.

Maraqlıdır ki, aksiyanın dinc xarakter daşımasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın guya Qarabağın erməni əhalisini blokadaya alması barədə yalanlar yayır. Amma eyni zamanda, sülhməramlıların və Qırmızı Xaç Cəmiyyətinin avtomobilləri dəhlizlə hər iki istiqamətdə maneəsiz hərəkətini davam etdirir.

Maraqlıdır, Azərbaycan tərəfi məqsədinə, daha doğrusu, öz ərazisində nəzarət postlarının yaradılmasına nail ola biləcəkmi? Axı yalnız bu halda Ermənistan hərbçilərinin, silah-sursatın, eləcə də Qarabağ ermənilərinə ağılsız ümidlər verən bəzi separatçı düşüncəli xarici siyasətçilərin Azərbaycan torpaqlarına qanunsuz soxulmasının qarşısını almaq mümkün olacaq.

Tanınmış xarici ekspertlər baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüblər.

“Azərbaycanın problemi həll etməyinin, tam həll etməyinin vaxtı çatıb”, – tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktoru Vitali Andriyevski deyir.

Onun fikrincə, təzyiqi davam etdirmək lazımdır. Ancaq bu vəziyyətdə əsas şey “qırmızı xətti” keçməməkdir. “Burada baş verən hadisələrin informasiya təminatı çox vacibdir. Özü də informasiya təminatı təkcə Azərbaycan ərazisində deyil, həm də Avropada, ABŞ-da olmalıdır. İndi ərazi bütövlüyü uğrunda mübarizə dəbdədir (Ukrayna) və bu fürsətdən istifadə edilməlidir” – deyə ekspert bildirir.

Qazaxıstanlı politoloq Kazbek Beysebayev qeyd edir ki, imzalanmış müqaviləyə əsasən, Rusiya sülhməramlı qüvvələrinin Qarabağ bölgəsində qalma müddəti beş ildir. Yəni, onlar 2025-ci ilə qədər orada qala bilərlər.

“Ancaq onu da qeyd etmək lazımdır ki, tərəflərdən heç biri bu müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, müqavilə, avtomatik olaraq, daha beş il müddətinə uzadıla bilər.

Bu, praktikada o deməkdir ki, Qarabağ bölgəsinin erməniləri Rusiya sülhməramlı qüvvələrinin himayəsindədir və Azərbaycan hakimiyyətinə tabe deyil. Ona görə də onlar və onların strukturları hesab edirlər ki, orada yerləşən yataqları haqlı olaraq istismar edə bilərlər.

Azərbaycan Qarabağ bölgəsinə nəzarəti bərqərar etdikdən sonra Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının Azərbaycan hakimiyyətinin yurisdiksiyasına keçməsi reallaşdı.

Buna görə də, tamamilə mümkündür ki, onlar Azərbaycana daha az sərvət qalması üçün faydalı qazıntıları maksimum dərəcədə çıxarmaq niyyəti ilə hasilatı kəskin şəkildə artırıblar. Ona görə də, Azərbaycan hakimiyyətinin yataqlara baş çəkmək və onların vəziyyətini yoxlamaq istəyi tamamilə məntiqli və təbiidir”, – Beysebayev deyib.

Burada onu da qeyd etmək lazımdır ki, yataqlara səfərlə bağlı razılaşma Azərbaycan hakimiyyəti ilə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı arasında əldə olunub. Lakin buna baxmayaraq, yerli erməni hakimiyyəti belə bir səfərə qarşı çıxıb.

“Hesab edirəm ki, Azərbaycan ən qısa zamanda Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağına baş çəkməli və orada monitorinq aparmalıdır. Bildiyimiz kimi, yataqlar aktiv və nəzarətsiz istismardan sonra tükənə bilər və o zaman oradan çıxarmağa heç nə qalmayacaq.

Bu gün Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Hesab edirəm ki, artıq zərurət yaranıb və Azərbaycan sərhədçilərinin dəhlizin girişində olmasını müzakirə etməyin vaxtı çatıb. Bundan əlavə, sazişin müddətinin bitməsinə çox az vaxt qalıb və Laçın dəhlizinin Azərbaycanın yurisdiksiyasına keçməsi zaman məsələsidir. Düşünmürəm ki, Bakı müqavilənin uzadılmasında maraqlıdır.

Sonda demək istərdim ki, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçənə qədər belə münaqişələr vaxtaşırı baş verəcək”, – deyə Beysebayev yekunlaşdırıb.

Rauf Orucov

The post “Təzyiqi davam etdirmək lazımdır, amma…” appeared first on 24 saat.

24 saat” ““Təzyiqi davam etdirmək lazımdır, amma…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button