Loading...
Loading...
Dünya

Tacikistanda palçıq sürüşməsi: 3 ölü

Tacikistanın şimalında leysan yağışların törətdiyi palçıq sürüşməsində 3 nəfər həlak olub.

Bu barədə Sughd vilayətinin rəsmiləri AzadlıqRadiosunun tacik xidmətinə mayın 10-da məlumat verib.

Ölənlər Revad və Şurça kəndinin sakinləridir.

Rəsmi məlumata görə, palçıq sürüşməsi xeyli sayda evə, infrastruktura, bələdiyyə binalarına ziyan vurub.

Gözdən qaçırmayın:  "Ukrayna hərbçiləri Belarus ərazisinə qabaqlayıcı raket zərbəsi endirə bilər"
Back to top button