2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tacikistanın ən böyük banklarından biri Mir kartlarından imtina edib

Bankın bu bəyanatından əvvəl ABŞ və başqa Qərb ölkələri bildirmişdilər ki, Moskvaya qarşı sanksiyalara riayət etməyən ölkə və şirkətlərin özləri sanksiyalara tuş gələ bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Tacikistanın ən böyük banklarından biri – Dushanbe City Bank Rusiyanın Mir ödəniş kartları ilə bütün əməliyyatları dayandırıb.

Bank bunun texniki səbəblərlə bağlı olduğunu bildirir.

Dushanbe City Bank sentyabrın 27-də bildirib ki, “Mir kartlarından istifadə ilə bağlı problemlər 4 gün bundan əvvəl başlanıb”.

Bankın bu bəyanatından əvvəl ABŞ və başqa Qərb ölkələri bildirmişdilər ki, Moskvaya qarşı sanksiyalara riayət etməyən ölkə və şirkətlərin özləri sanksiyalara tuş gələ bilər.

Sentyabrın 23-də Özbəkistan bəyan etmişdi ki, ölkə xaricində buraxılmış Mir ödəniş kartları Özbəkistanda işləməyəcək.

Buna baxmayaraq Özbəkistanın özündə buraxılmış Mir kartlarından istifadə hələ də mümkündür.

“Ağıllı qərar”

Ötən həftənin əvvəllərində ABŞ Maliyyə Nazirliyinin xəbərdarlığından sonra Qazaxıstan, Türkiyə və Vyetnamın bir neçə bankları bildirmişdilər ki, Mir kartlarına xidməti dayandırırlar.

Moskva isə bəyan edirdi ki, Rusiya Mir ödəniş sistemindən istifadənin xəritəsini genişləndirməyə çalışacaq.

Ötən həftə Reuters agentliyinin verdiyi xəbərdə deyilirdi ki, ABŞ administrasiyasından adının çəkilməsini istəməyən bir rəsmi Türkiyənin İşbank və DenizBank banklarının Mir ödəniş sistemindən imtinasını “ağıllı qərar” adlandırmışdı:

“Mir kartı ilkə əlaqələrin dayandırılması Rusiya ilə biznesə görə sanksiyalara tuş gəlməkdən xilas olmağın ən yaxşı yoludur. Biz daha çox bankın Mir sistemi ilə əlaqəni kəsəcəyini gözləyirik, çünki onlar sanksiya koalisiyasının əks cəbhəsində olmaq istəmirlər”.

24 saat” “
Tacikistanın ən böyük banklarından biri Mir kartlarından imtina edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button