2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Tac”ın çəkilişləri II Elizabetin ölümü ilə əlaqədar dayandırılıb

Yayımlandı: 9 Sentyabr 2022 13:47

Çəkilişlərin hansı müddətə dayandığı açıqlanmayıb

Britaniya kral ailəsindən bəhs edən “Tac” (“The Crown”) serialının altıncı mövsümünün çəkilişləri II Elizabetın ölümü ilə əlaqədar bir müddət dayandırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Serialın ssenari müəllifi və prodüseri Piter Morqan bu haqda məlumat verib.

O, çəkilişlərin nə qədər müddətə dayandırılacağını bildirməyib.

2016-cı ildə “Netflix”də serialın premyerasından sonra layihənin digər prodüseri Stiven Daldri II Yelizaveta vəfat etdiyi təqdirdə çəkiliş prosesinin dayandırılacağını bildirdiyi qeyd olunur.

“Tac” serialı 2016-cı ildən etibarən “Netflix”də yayımlanmağa başlayıb.

Serialın ilk dörd mövsümü 1940-cı illərdən 1990-cı illərin əvvəllərinə qədər II Elizabetin həyatını və hakimiyyətini əhatə edir.

İlk iki mövsümdə kraliça rolunu Kler Foy, üçüncü və dördüncü mövsümdə Oliviya Kolman canlandırıb.

Beşinci və altıncı mövsümlərdə II Elizabet rolunu İmelda Stounton oynayacaq.

Beşinci mövsümün buraxılışı 2022-ci ilin noyabrına planlaşdırılıb.

2022-ci il sentyabrın 8-də Bukingem Sarayı Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında vəfat etməsi haqda məlumat yayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button