2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tağı Əhmədov məni YAP-ın binasında döyüb”

Keçmiş metropoliten rəisinin məhkəmədə dindirilməsi tələb olunub

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb olunur. Fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov bu barədə vəsatət qaldırıb. Vəkil həmçinin Səadət Xəlilovla Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını da xahiş edib.

Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə təqsirləndirilən Səadət Xəlilov vəkilinin suallarını cavablandırıb. Mərmər biznesilə məşğul olduqlarını, Qazaxıstan və İran kimi ölkələrdəki biznes tərəfdaşlarıyla iş gördüklərini deyən təqsirləndirilən şəxs bu haqda danışıb. Onun sözlərinə görə, Qazaxıstanda Kənan Əliyev adlı şəxslə işləyirdilər. Həmin şəxsin Azərbaycanda problemi olduğuna görə bura gələ bilmirdi:

Saytların yığılması Saytlarin yigilmasi

“O, Qazaxıstanda mal göndərdiyimiz firmanın sahibi idi. Onunla Sahil vasitəsilə tanış olmuşduq. Onun Bakıda problemi vardı, ona görə bura gələ bilmirdi. Tağı Əhmədova da bu barədə məlumat vermişdim. Sonra qazaxlar Kənanın əmlakını əlindən almışdılar”.

Bu cinayət işində zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib.

Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə həbsdə deyildi. Lakin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında həbsli axtarış elan edildi. Onların hər ikisi həbs edildi. Amma Qulu Muxtarov və Sahil Abuşov həbs ediləndən sonra onların işi Səadət Xəlilovun işindən ayrıldı. Ona görə də hazırda o, tək mühakimə olunur.

Səadət Xəlilov isə bildirir ki, 2 milyon manat Soltan Əliyevin yox, Tağı Əhmədovundur. Metropolitenin sabiq rəisi pulu onlara faizlə verib. Onun sözlərinə görə, əvvəlcə 200 min, sonra 800 min, daha sonra 1 milyon olmaqla, üç dəfəyə 2 milyon manat sələmlə pul alıb, bir neçə dəfə də buna görə faiz ödəyib. Mərmər biznesində uğursuzluqlar başlayandan sonra pulu ödəməkdə çətinlik çəkib. Bu səbəbdən dəfələrlə Tağı Əhmədovun həm özü, həm də yaxınları tərəfindən döyüldüyünü deyən Səadət Xəlilovun sözlərinə görə, əlində bunu təsdiqləyən sübutları da var. Onun sözlərinə görə, Tağı Əhmədov onu YAP-ın Yasamal rayon təşkilatının binasında döyüb. Həmin vaxt o, təşkilatın sədri idi.

“Vəsatətimiz Tağı Əhmədovun məhkəmədə dindirilməsi, onunla müvəkkilim arasında telefon danışıqlarının araşdırılması barədədir. Bu iş üzrə elə bir məhkəmə iclası olmayıb ki, Tağı Əhmədovun adı hallanmasın. Zərərçəkmiş özü də təsdiqlədi ki, o pul Tağı Əhmədovundur. Müvəkkilimlə Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub. Pul müvəkkilimə YAP-ın binasında verilib. Səadət Xəlilovun dediyinə görə, Tağı Əhmədov ona YAP-ın binasında zor tətbiq edib. Tağı Əhmədov istintaq dövründə də dindirilib”, – vəkil Hafiz Ələsgərov vəsatətini əsaslandırarkən bildirib.

Səadət Xəlilov özü də Tağı Əhmədovun məhkəməyə çağırılmasını istəyib. O deyib ki, Tağı Əhmədova sualları var.

Məhkəmə vəsatəti təmin etməyib. Lakin Tağı Əhmədovun istintaqdakı ifadəsi elan edilib. O, həmin ifadəsində bildirib ki, pulu Səadət Xəlilova yox, dostu Soltan Əliyevə borc verib. O isə Səadət Xəlilova birgə biznes məqsədilə verib: “Mən onların işinə qarışmamışam, maraqlanmamışam”.

Bununla belə, Tağı Əhmədov ifadəsində təsdiqləyib ki, Səadət Xəlilov YAP-ın Yasamal təşkilatında onun kabinetinə Soltan Əliyevlə birlikdə gələrək pulu alıb.

O, Səadət Xəlilovu YAP-ın binasında döyməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

Məhkəmə prosesi davam edir.(meydan.tv)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button