Manşet

Tağı Əhmədov məsuliyyətə cəlb olunacaq?

Sələm qalmaqalı keçmiş məmurun sonunu gətirə bilər

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının rəhbri vəzifəsindən çıxarılıb.

24 saat“-a daxil olan məlumata görə, Tağı Əhmədovun partiyadakı vəzifəsindən çıxarılması təsadüf deyil, çünki onun da ciddi “çp”si var. İddiaya görə, onun vəzifəsindən azad edilməsi prosesin ilkin mərhələdir. Ehtimal olunur ki, o, məsuliyyətə cəlb olunacaq. Buna səbəb isə Tağı Əhmədovun adının dələduzluq olayında hallanmasıdır.

Artıq bu barədə mediada da məlumat yayılıb və qarşı tərəf iddiaları təkzib etməyib. Yayılan məlumatlarda bildirilir ki, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilən Qulu Muxtarov, Sahil Abuşov və Səadət Xəlilov məhkəmədə Tağı Əhmədovun adını hallandırıblar. İş üzrə zərərçəkmiş qismində tanına Soltan Əliyevin iddiasına görə təqsirləndirilən şəxslər onun etibarından sui-istifadə edərək aldıqları pulu geri qaytarmayıblar.

Təqsirləndirilən şəxslər isə bildirib ki, onlar həmin pulu Tağı Əhmədovdan sələmlə götürüblər. “Mərmər işi üçün bizə verilən pulları Soltan müəllim Tağı müəllimdən götürürdü. Aylıq 1.5-2 faizlə. Üç dəfə ondan pul götürdük. Adətən Yasamalda YAP-ın binasının yanında götürürdük. Faizləri ödəyirdik…”, – deyə onlar bildirib.

Bildirilir ki, Tağı Əhmədovun bu əməli YAP-da və hakimiyyətin yuxarı eşelonunda da xoş qarşılanmayıb. Onun partiyanın rəhbər strukturlarından çıxarılması qərara alınıb. Eyni zamanda Tağı Əhmədovun fəaliyyətinin yenidən araşdırılması gündəmə gəlib.

YAP
Yeni Azərbaycan partiyası – loqo

Bəzi mülahizələrə görə, dələduzluq olayı ilə bağlı cinayət işi Tağı Əhmədov üçün acı nəticələrə səbəb ola bilər.

Onun hətta məsuliyyətə cəlb oluna biləcəyi ehtimal edilir.

Tağı Əhmədov həm də hakimiyyətdə şərti adı “köhnələr” olan uzun illər iqtidar komandasında söz sahibi olmuş məmur korpusuna bağlı şəxs olub. Vaxtilə mediada onun Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə yaxın şəxs olduğu barədə çox yazılıb.

Tağı Əhmədovun hakimiyyət üçün arzuolunmaz şəxs olmasının bir səbəbi də Mehdiyev faktoru ola bilər. Hər bir halda, hazırda Tağı Əhmədovun vəziyyəti ürəkaçan deyil.

Məlumata görə, yaxın vaxtlarda onunla bağlı dəqiq qərar veriləcək. Bu qərar Tağı Əhmədovun həbsini zəruri edə bilər.

24saat.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button