2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Tağı Əhmədov müstəntiqə necə “atıb”?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun “Bakı Metropoliteni” sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları barədə mətbuatda məlumatlar əksini tapıb. İddiaya görə, T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni olduğu kimi danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.

Bu cavabdan sonra bir daha dindirilməməsi deməyə əsas verir ki, T. Əhmədov müstəntiqi ilk həmlədəcə aldada bilib. Çünki cənab Əhmədovun 40 illik maaşının 3 milyon manat etmədiyini sübut etmək üçün ibtidai riyazi savad kifayət edir.

Əlahəzrət fakta müraciət etmiş olsaq, Tağı Əhmədovun Akif Çovdarova verdiyi 3 milyon dolları 40 ilin aylarının cəminə (40 il * 12 ay= 480 ay) böldükdə (3.000.000/480= 6250) məlum olar ki, cənab Əhmədov əmək fəaliyyətinə başladı gündən hər ay ən az 6250 AZN maaş alıb. Başqa sözlə, keçmiş metropoliten sədrinin 40 ilin hər günündə qazancı 208 AZN-dən çox olub.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün bildirək ki, T. Əhmədov əmək fəaliyyətinə 1965-ci ildə “Badamlı” zavodunda başlayıb və 25 ildən bir qədər artıq SSRİ dönəmində işləyib. Həmin zamanlarda keçmiş sosialist respublikalarında tələbələrin təqaüdü 40 rubl, yeni işə başlayan şəxslərin maaşı 65-130 rubl, orta aylıq əmək haqqı 200 rubl, yüksək əmək haqqı 300 rubl idi. Onu da bildirək ki, sosialist respublikarının hər birində nazirin aldığı maaş 600 rubl olaraq bilinirdi.

Bu isə deməyə əsas verir ki, Tağı Əhmədov onu dindirən müstəntiqə ən azı 2.8 milyon AZN “atıb”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button