2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tahir Kərimov ”yuxarılar”a minnətçi düşdü: ”Məni Şirvana göndərin…” – Savash.org


Parlament seçkiləri öncəsi ehtimal olunan kadr islahatları bir çox məmurları hərəkətə gətirib. Bu sırada icra başçılarının aktivliyi xüsusilə seçilir. Belə ki, artıq bəzi icra başçılarının ”qələminin qırılması” haqda həmkarları arasında səhih məlumatlar var və rayonundan narazı olanlar bu prosesdən bəhrələnərək yeni təyinata səhiblənmək istəyirlər.

Redaksiyamıza daxil olan məlumata görə daha prestijli təyinat almaq istəyində olan icra başçılarından biri də Salyan rayon icra başçısı Tahir Kərimovdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı sayılan T.Kərimovun gözü sən dəmə Şirvan şəhərinə rəhbər olmaqdaymış. Bu haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə nazir Yavər Camalovun qardaşı olan Mərdan Camalovun Şirvan şəhər icra başçılığından azad olunacağı haqda məlumatlı olan T.Kərimov bu postu ələ keçirmək üçün fəaliyyətə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şirvan şəhərinə təyinatda daha çox ”fövqəlnazir”ə güvənən Salyan icra başçısı öz tərəfindən də müəyyən təşəbbüslər göstərib. Mənbəmiz bu məsələ ilə bağlı T.Kərimovun bir çox planları haqda danışdı. Son olaraq isə bu gün T.Kərimovun adamlarının Şirvan şəhərindən Prezident Adminstrasiyasına müraciət göndərib. Həmin müraciətdə T.Kərimova bəy tərifi söylənməklə yanaşı onun Şirvan şəhərinə təyin olunmasının bu şəhər sakinlərinin ”ilahi arzusu” olduğu göstərilir. Onu da bildirək ki, sözügen müraciəti hazırlayanlar hazırda Şirvan şəhər icra başçısı M.Camalovun şəninə tərif söyləyənlər olduğu bildirilir.

Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumatlar haqda incələmələr apardıqdan sonra mövzuya yenidən qayıdacağıq.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button