2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tailandın kurort bölgələrində bir gündə 14 partlayış olub

Tailandın altı bölgəsində son bir gün ərzində 14 partlayış qeydə alınıb. TASS xəbər verir ki, partlayışlar nəticəsində 4 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Phuket və Huahin kimi məşhur turizm mərkəzləri və Tranq, Surat Thani, Phanqa və Çumphon əyalətləri terror təhdidi altında qalır. Krabi və Nakxonsithamarat əyalətlərində də bir neçə yanğınlar baş verib. Tailand polisinin rəsmi nümayəndəsi, polkovnik Krisan Pxattxanaçaran bildirib ki, bu hadisələrin bir-biri ilə əlaqəsi öyrənilir.

Ən gərgin vəziyyət Huahin şəhərində qeydə alınıb. Burada son iki gün ərzində qeydə alınan partlayışlar nəticəsində 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Şəhərin bir neçə yerində işə salınmamış partlayıcı qurğular aşkar olunub. Şəhərdəki ictimai obyektlər bağlanılıb, turistlərdən otelləri tərk etməmələri xahış edilib.

Saytların yığılması Saytlarin yigilmasi

MDB ölkələrindən gələn turistlərlə populyar olan Phuket şəhərində isə bu gün səhər 3 partlayış qeydə alınıb.

Tailand polisi partlayışın təşkili ilə beynəlxalq terror qruplaşmalarının bağlılığını istisna edir. K.Pxattxanaçaran bildirib ki, bu, ölkənin turizm biznesinə zərbə vurmağa yönəlmiş yerli separatçı qüvvələrin təxribatıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button