24saat.org “Talassemiyalı oğluma görə müavinət ala bilmirəm” - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
“Talassemiyalı oğluma görə müavinət ala bilmirəm”

Şirvan Rəşidov: “Problemi yaradan Qəbələ rayon mərkəzi xəstəxanasıdır”

“4 yaşlı öğlum talassemiya xəstəsidir. Tallassemiya Mərkəzində müalcə alır. Ancaq uşağın xəstəliyinə görə pensiya ala bilmirəm”.

Bunu 24saat.org saytına müraciətində Qəbələ rayon Bum kənd sakini Şirvan Rəşidov deyib. O, 4 yaşlı oğlu Rəşidov Həbib Şirvan oğlunun xəstəliyinə görə müavinət verilməməsindən şikayətçidir.

Hər ay uşağı Bakıya müalicəyə apardığını deyən şikayətçi bildirir ki, artıq imkanı çatmır. “Bir uşağımı da xəstəliyə görə itirmişəm. 2017-ci ildə də bu uşaqda talassemiya aşkarlandı. İndi bütün ümidim bu uşağadır. Talassemiya Mərkəzi deyir ki, uşağı qeydiyyata almışıq, pensiya verilməsi üçün Qəbələ Rayon Mərkəzi Xəsəxanası sənəd göndərməlidir. Ancaq xəstəxana heç cür sənədi göndərmir. Yalandan deyirlər ki, göndərmişik, amma Bakıda deyirlər ki, sistemə oturmayıb. İndi o bir kicik vəsayitidə ala bilmirik ki, heç olmasa müalicəyə sərf edək. Özüm də hepatit xəstəsiyəm, amma hamımızın gözümüzü dikdiyimiz bir bu körpənin həyatıdır”.

Qeyd edək ki, hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin olunur.

Məsələ ilə bağlı Qəbələ Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verilmədi.

 

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.