2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Talassemiyalı oğluma görə müavinət ala bilmirəm”

Şirvan Rəşidov: “Problemi yaradan Qəbələ rayon mərkəzi xəstəxanasıdır”

“4 yaşlı öğlum talassemiya xəstəsidir. Tallassemiya Mərkəzində müalcə alır. Ancaq uşağın xəstəliyinə görə pensiya ala bilmirəm”. Bunu 24saat.org saytına müraciətində Qəbələ rayon Bum kənd sakini Şirvan Rəşidov deyib. O, 4 yaşlı oğlu Rəşidov Həbib Şirvan oğlunun xəstəliyinə görə müavinət verilməməsindən şikayətçidir.

Hər ay uşağı Bakıya müalicəyə apardığını deyən şikayətçi bildirir ki, artıq imkanı çatmır. “Bir uşağımı da xəstəliyə görə itirmişəm. 2017-ci ildə də bu uşaqda talassemiya aşkarlandı. İndi bütün ümidim bu uşağadır. Talassemiya Mərkəzi deyir ki, uşağı qeydiyyata almışıq, pensiya verilməsi üçün Qəbələ Rayon Mərkəzi Xəsəxanası sənəd göndərməlidir. Ancaq xəstəxana heç cür sənədi göndərmir. Yalandan deyirlər ki, göndərmişik, amma Bakıda deyirlər ki, sistemə oturmayıb. İndi o bir kicik vəsayitidə ala bilmirik ki, heç olmasa müalicəyə sərf edək. Özüm də hepatit xəstəsiyəm, amma hamımızın gözümüzü dikdiyimiz bir bu körpənin həyatıdır”.

Qeyd edək ki, hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Qəbələ Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verilmədi.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button