2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Taleh Bağırov cərimə kamerasına salınıb

Nardaran hadisələri ilə bağləı həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov noyabrın 26-dan 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb. Bu barədə noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə hədsdə olan Abbas Hüseynov bildirib.

Onun sözlərinə görə, Taleh Bağırov 5 gün müddətinə cərimə kamerasına salınıb.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, Bağırovun cərimə kamerasına salınmasına noyabrın 26-da onun Nardaran hadisələrinin ildönümü ilə bağlı azadlıq.info saytında dərc edilən tənqidi məqaləsi səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

Polis 2015-ci il noyabrən 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində ikisi polis əməkdaşı olmaqla 6 nəfər öldürülüb. Hadisələrdən sonra 70-dən çox insan saxlanılıb. Hazırda onlardan 18 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir.

Bu gün vəkillər gəlmədiyindən proses saat 14-dək təxirə salınıb.

Taleh Bağırovun cərimə kamerasına salınmasını Penitensiar Xidmət hələ təsdiq etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button