2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Taleh Bağırov vəkildən niyə imtina edib? – MÜƏMMA

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov -unn ailəsi bildirir ki, onun durumu ilə bağlı narahatlıqları daha da artıb. İlahiyyatçı ailəsinə sonuncu telefon zəngində ona qarşı təxribat hazırlandığını deyib və vəkili bir gün sonra onunla görüşmək məqsədilə Qobustan həbsxanasına getsə də, bu mümkün olmayıb. Bu barədə AzadlıqRadiosuna Taleh Bağırovun ailəsindən məlumat verilib.

“Yanvarın 5-də vəkil həbsxanaya gedib, əvvəl deyiblər ki, gözləyin, çağırırıq. Bir qədər keçəndən sonra deyiblər ki, Taleh Bağırov vəkillə görüşməkdən imtina edir”, – ilahiyyatçının ailə üzvləri bildirib.

Amma onlar T.Bağırovun vəkillə görüşdən imtinası barədə deyilənlərə inanmırlar. Yanvarın 4-də həbsxanadan evə zəng edən ilahiyyatçının təzyiqlərə məruz qaldığını və israrla bu haqda vəkilinə xəbər verilməsini, müdafiəçinin gəlib onunla görüşməsini istədiyini bildirirlər:

Saytların yığılması Saytlarin yigilmasi

Necə ola bilər ki Taleh Bağırov görüşə çıxmasın?

“Necə ola bilər ki, bir gün əvvəl özü israrla vəkillə görüşmək istəyirdi, ertəsi gün vəkil gedir, Taleh Bağırov görüşə çıxmır? Mütləq şübhəli nəsə var. Bəlkə də ona elə xəsarət yetirilib ki, vəkillə görüşə buraxmaq istəmirlər”.

Penitensiar Xidmət isə T.Bağırovun təxribata çəkilməsi və xəsarət alması haqda iddiaları təkzib edib.

“Məlumatı həbsxana ilə dəqiqləşdirdim, heç bir təzyiq, təqib yoxdur. Ona heç bir xəsarət də yetirilməyib. Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”, – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na belə demişdi.

Mehman Sadiqov, 18 oktyabr 2012
Mehman Sadiqov, 18 oktyabr 2012

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Taleh Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button