Loading...
Loading...
SEÇMƏ

Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb

“Məsciddə donuz saxlayanlarla Allahı təhqir edənlər arasında fərq yoxdur”

Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.

Onun iyunun 23-də yaydığı açıqlamada belə bildirilib.

MBH sədri qeyd edib ki, aclıq aksiyasını dayandırmasıyla bağlı çoxsaylı çağırışlar alıb. Önəmli şəxsiyyətlər ona bu barədə müraciət edib. Nəticədə, bu qərara gəlib:

“Həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq, bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəmiz davam edir”.

Taleh Bağırzadə daha sonra vurğulayıb ki, bundan sonra hakim rejim tərəfindən Allahı söyərək təhqir etmək, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan hallar bitməyənə, bunu edən cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək.

“Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik” -deyə, MBH sədri fikrini bitirib.

Taleh Bağırzadə iyunun 2-də aclıq aksiyasına başlayıb. Həmin vaxt bildirmişdi ki, polis idarəsində Müsəlman Birliyi Hərəkatının üzvlərinə işgəncə verən və bu zaman Allahı təhqir edən şəxslər cəzalandırılana qədər aclığı dayandırmaq niyyətində deyil:

“Ağdamdakı məsciddə donuz saxlayanlarla Bakıda polis idarəsində Allahı təhqir edənlər arasında heç bir fərq yoxdur”.

Taleh Bağırzadə, Abbas Hüseynov və Müsəlman Birliyi Hərəkatının digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. Həmin əməliyyatda ikisi polis, dördü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.

Taleh Bağırzadə və Abbas Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilədək həbs cəzası verilib. Onların bir qismi sonradan əfv sərəncamı ilə azadlığa çıxıb.

Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq kimi maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etməyib. Taleh Bağırzadə və digərləri polislər də daxil olmaqla, öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bəyan edib. Onlar həmçinin, saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Meydan TV

Gözdən qaçırmayın:  Mağazası yanmış sahibkar: “Sığorta şirkəti məni süründürür”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button