2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Taleh Bağırzadə xanımına cinayət işi haqda: “Sizin iç üzünüzü, nə qədər zülmlər etdiyinizi yaxşı bilirik…”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işi başlanması, bir neçə gün sonra isə xitam verilməsilə əlaqədar fikirlərini bölüşüb. İlahiyyatçı xüsusən Ədliyyə Nazirliyinin cinayət işinə xitam verilməsini humanist addım kimi təqdim etməsini riyakarlıq kimi qiymətləndirib:
“O Ədliyyə Nazirliyi əslində, Zülmiyyə Nazirliyidir. Bunlar şər-böhtan atdıqlarına, cinayət olmayan əməli cinayət kimi təqdim etdiklərinə görə xalqdan, şəxsən bizim ailədən üzr istəmək əvəzinə, yenə də öz amplualarındadılar. Guya cinayət olub, bunlar da humanizm prinsipini əsas tutub davranıblar. Azərbaycan xalqının, cəmiyyətin iradəsi olmasaydı, siz cinayət işinə xitam verməyəcəkdiniz. Artıq cinayət işi açmışdınız. Biz sizin simanızı yaxşı tanıyırıq. İç üzünüzü yaxşı bilirik. Necə ikiüzlüsünüz, nə qədər zülmlər eləmisiz… Sadəcə, cəmiyyətin iradəsini görəndən sonra məcburiyyət qarşısında qalıb, “humanizm” tətbiq eləmisiz. Bizə dayaq olanların hər birinə dəstəklərinə görə təşəkkür edirəm. O qədər çoxdular ki, adbaad çəkə bilmirəm. Biz birlikdə çox güclüyük, bu da göründü…”

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button